İTV-nin sabiq əməkdaşı faciəli şəkildə öldü

İTV-nin sabiq əməkdaşı faciəli şəkildə öldü
21 Sent 2019 19:27


Sumqayıtda baş verən dəhşətli qəzada yanaraq ölən Fuad Musazadə İTV və “M Group Production” şirkətinin sabiq hüquqşünası olub.

Bu barədə realpress.az-a açıqlamasında “M Group Production” şirkətinin mətbuat xidmətinin rəhbəri Könül Əlibəyli məlumat verib. 

K.Əlibəyli F.Musazadənin keçən il şirkətin hüquqşünası kimi işlədiyini bildirib. F.Musazadə, eləcə də, İctimai Televiziyanın və AzTV-nin sabiq əməkdaşı olub. 

Qeyd edək ki, sentyabrın 19-da saat 15 radələrində Yeni Yaşma qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Anar Nəsir oğlu Rzayevin idarə etdiyi “Hyundai” və Fuad Şahin oğlu Musazadənin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Hadisə nəticədəsində iki nəfər ölüb. 

Nəticədə, maşınların toqquşmasından sonra, “Mercedes” yoldan çıxaraq aşıb və alışaraq yanıb. “Mercedes”in sürücüsü F.Musazadə maşından çıxa bilməyib və diri-diri yanaraq ölüb. 


16 Apr 2024
Cəmiyyət

Bakı-Quba yolunda yeni yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 72-ci km-də yerüstü piyada keçidinin tikintisini yekunlaşdırmaq üzrədir.

16 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov: “Qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə yüksək artım templəri qeydə alınıb” - FOTO

“Bu ilin ilk rübündə ötən ilin ilk rübü ilə müqayisədə ümumi daxili məhsulun tərkibində qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə yüksək artım templəri qeydə alınıb”.

16 Apr 2024
Cəmiyyət

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib.

16 Apr 2024
Cəmiyyət

Buraxılış imtahanında 39 nəfər 300 bal toplayıb, 11 nəfərin nəticəsi ləğv olunub

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

16 Apr 2024
Cəmiyyət

Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - SABAHIN HAVASI

Azərbaycan ərazisində aprelin 17-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.