Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi

Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi
20 Sent 2019 16:45

Azərbaycandilli "Vikipediya"nın idarəçisi Rüfət Rəhimov Vikimedia Fondunun qlobal idarəçisi seçilib.

Qlobal idarəçilərin sayı 20 nəfərdir. Rüfət Rəhimovun adı həmin sıyahıda gedir. (https://meta.wikimedia.org/wiki/Global_sysops)
Bu barədə Milli.Az-a diaspor üzrə ekspert Elnur Eltürk məlumat verib.

"Müxtəlif "viki"lərdən olan istifadəçilərin, yaxud qlobal "viki" cəmiyyətin ortaq qərarı ilə dünən müzakirə yekunlaşıb. Rüfət Rəhimovun namizədliyi tam konsensus ilə qəbul edilib. Bu hüquq stüarddan sonra "Vikipediya"da ikinci ən ciddi hüquqlardan biridir. Rüfət Rəhimov 2O15-ci ildə Vikipediyada "Turkmen" istifadəçi adı ilə qeydiyyatdan keçib.

O, Azərbaycandilli "Vikipediya"nın idarəçisi olmaqla yanaşı, türkməncə "Vikipediya"nın idarəçisidir. 4 ildir ki, "Vikipediya"da fəaliyyət göstərir. Əsasən Azərbaycan tarixi mövzularında məqalələr üzərində işləyir. Bir neçə məqaləsi Azərbaycandilli "Vikipediya"da "seçilmiş məqalə status" alıb.

1998-ci ildə anadan olan Rüfət Rəhimov hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsidir".

Realpress.az


29 Mar 2024
Cəmiyyət

Sabah 25 dərəcə isti olacaq

Martın 30-na gözlənilən hava proqnozu açıqlanıb.

29 Mar 2024
Cəmiyyət

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. 

29 Mar 2024
Cəmiyyət

Komanda-qərargah təlimi keçirilib (FOTO)

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, “N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.

29 Mar 2024
Cəmiyyət

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonundan yola salınan 138 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.