Yapon alimləri ehtimala əsaslanan ilk kompüter təqdim ediblər

Yapon alimləri ehtimala əsaslanan ilk kompüter təqdim ediblər
20 Sent 2019 15:18

Yaponiyanın Toxoku və ABŞ-ın Perdyu universitetlərinin  mühəndisləri ehtimala əsaslanan kompüter sxemi üzrə işləyən ilk qurğu təqdim ediblər. Bu haqda “Science Daily” nəşri yazıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, müasir kompüterlər informasiyanı adətən sıfır və vahidin ardıcıllığı şəklində yadda saxlayır. Yaxın illərdə öz işində kvant biti olan kubitlərdən istifadə edəcək gələcəyin kompüterinin təqdim ediləcəyi təxmin edilir. Belə kompüterlər eyni zamanda həm sıfır, həm də vahidlər üzərində əməliyyatlar apara bilər ki, bu da kompüterin məhsuldarlığını xeyli artırmalıdır.
 
Ehtimala əsaslanan kompüter ənənəvi və kvant kompüterləri arasında aralıq mövqe tutur. Qurğu ehtimala əsaslanan bitlə - "p-bits" işləyir və onun qiyməti istənilən vaxt sıfır və ya vahid ola bilər.
 
Bu halda "p-bits" istənilən ənənəvi elektronika kimi adi otaq temperaturunda işləyir.
 
Mühəndislər 8 belə qurğu yığmağa müvəffəq olublar ki, bu da ehtimala əsaslanan kompüterin hazırlanması haqqında məlumat verməyə imkan verib. Sınaqlar vaxtı qurğu tam ədədlərin faktorizasiyası üzrə test məsələsini tez bir şəkildə həll edib.

Realpress.az


 

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.