Azərbaycanda təkər zavodu açılacaq

Azərbaycanda təkər zavodu açılacaq
20 Sent 2019 12:33

“Gələn ilin əvvələrində Azərbaycan və Çin Sumqayıt Kimya Sənaye Parkında avtomobil şini (təkər) istehsalı zavodunun tikintisinə başlayacaq”.

Realpress.az "report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq.

Xatrladaq ki, 2017-ci ildə İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC və Çinin "Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd" (CNEEC) şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Azərbaycanda avtomobil şini istehsalı zavodunun tikintisinə 300 milyon ABŞ dolları investisiya qoyulacağı Layihədə Çin tərəfi 90%, Azərbaycan tərəfi isə 10% paya malik olacaq. Zavodun istehsal gücü ildə 3,3 milyon ədəd təşkil edəcək.

Bunun 3 milyon ədədi minik avtomobili, 300 mini isə yük avtomobili üçün istehsal olunacaq.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.