“WannaCry” virusunun versiyaları durmadan artır

“WannaCry” virusunun versiyaları durmadan artır
20 Sent 2019 11:08

 “WannaCry” fırıldaqçı virusunun yayılmasından iki il ötməsinə baxmayaraq o aktiv olmaqla yanaşı, rekord sayda kompüterlər üçün təhlükə törədir. Bu barədə kibertəhlükəsizlik texnologiyalarında ixtisaslaşan “Sophos Labs” şirkətinin tədqiqatında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm www.dailycomm.ru” resursuna istinadən yazır ki, ekspertlər tərəfindən virusun yarandığı gündən indiyədək 12 480 variantı aşkarlanıb. Aşkarlanan virusların təxminən 98 faizi 2700 modifikasiyanın payına düşür. Onlar vaxtilə virusun yayılmasının qarşısını alan mühafizə sistemlərini keçməyə başlayıblar.
 
Təkcə 2019-cu ilin avqustunda “Sophos” şirkətinin telemetrik sistemləri tərəfindən “WannaCry” versiyaları vasitəsilə  4,3 milyon hücumun həyata keçirilməsi müəyyənləşdirilib. Avqustun yekunu üzrə şifrləyici virusun 6963 variantı aşkarlanıb ki, onun da 80 faizi yenidir.
 
“WannaCry” virusu 2017-ci ildə yayılmağa başladıqdan sonra təhlükələrlə bağlı vəziyyət həmişəlik dəyişib. Tədqiqatdan məlum olub ki, hələ də çoxlu nasaz kompüterlər var”, – şirkətin təhlükəsizlik üzrə mütəxəssisi Piter Makkenzi bildirib.
 
Qeyd edək ki, zərərli proqram təminatı iki komponentdən – “SMB” virusu və bilavasitə fırıldaqçı proqramdan ibarətdir. Virus fırıldaqçı proqramı əvvəlcə lokal şəbəkədə, daha sonra internet vasitəsilə yayır.

Realpress.az


28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.

26 Mar 2024
İdman

Azərbaycanın 5 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəldi

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.