Hacı Əliyev dünya çempionatında medalsız qaldı - YENİLƏNİB

Hacı Əliyev dünya çempionatında medalsız qaldı - YENİLƏNİB
20 Sent 2019 11:05


Üçqat dünya və Avropa çempionumuz Hacı Əliyev (-65 kq) Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya birinciliyində medal qazana bilməyib.

Realpress.az xəbər verir ki, Olimpiya mükafatçımız bürünc medal üçün qatıldığı ikinci təsəlliverici görüşdə yaponiyalı Takuto Otoquroya uduzub – 9:11.

Bununla da Hacı Əliyev dünya çempionatı vasitəsilə Tokio Olimpiadasına vəsiqə qazana bilməyib.

09:42

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında ölkəmizi təmsil edən sərbəst güləşçi Hacı Əliyev ilk təsəlliverici görüşünə çıxıb.

realpress.az xəbər verir ki, misirli Amr Reda Ramadan Husseniyə qarşı görüşdə H.Əliyev uğur qazanıb. 

Belə ki, döyüşə fəal başlayan idmançımız 4:0 hesabı ilə irəlidə olan zaman Husseni zədələnib və hakimlər görüşü yarımçıq dayandırıb. 

Digər güləşçilərimizdən 70 kq çəki dərəcəsində Ağahüseyn Mustafayev ilk görüşündə türkiyəli Haydar Yavuzdan üstün olub - 7:6.

Mahir Əmiraslanov isə təsəlli görüşündə monqolustanlı Bexbayar Erdenebata məğlub olub. 

Qeyd edək ki, H.Əliyev bu çempionatda xoşagəlməz hadisə ilə üzləşib. Rusiyalı Hacımurad Rəşidova qarşı görüşündə hakimlərin haqsızlığı ilə üzləşən güləşçimiz onlarla sərt mübahisə edib və məğlub olmadığını sübut etməyə çalışıb. O hətta ədalət təmsilçilərinin istifadə etdiyi əl tablosunu da götürərək onların özlərinə “qırmızı” göstərib və yerə çırpıb.

Bundan sonra, H.Əliyevin dünya çempionatından diskvalifikasiya məsələsi qaldırılsa da, bu qəbul edilməyib.

28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.

26 Mar 2024
İdman

Azərbaycanın 5 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəldi

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.