Dağıstanın Qayakənd rayonunun “Kavkaz” federal avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Realpress.az xəbər verir ki, hadisə zamanı “Lada Qranta” və “Hyundai Solaris” markalı avtomobillər Azərbaycan dövlət nömrə nişanlı mikroavtobusla toqquşub.
Qəza nəticəsində iki nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralılar Qayakənd xəstəxanasına çatıdırılıb. Ölənlər 1993-cü il təvəllüdlü Axtın və 1994-cü il təvəllüdlü Qayakənd sakinləridir.
Yaralılar arasında üç Azərbaycan vətəndaşı da var.
İlkin ehtimallara görə, hadisə “Hyundai Solaris” avtomobilinin əks yola çıxması nəticəsində baş verib.
Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.
Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.