“Huawei Mate 30” smartfonu nümayiş olunub

“Huawei Mate 30” smartfonu nümayiş olunub
20 Sent 2019 10:28

Çinin “Huawei” şirkəti Münhendə keçirilən təqdimatda yeni qabaqcıl “Mate 30” smartfonunu nümayiş etdirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Riafan www.riafan.ru” resursuna istinadən yazır ki, “Huawei Mate 30” modeli 2340x1080 pikselli 6,62 düym diaqonallı düz “AMOLED” ekranla təchiz edilib. Operativ yaddaş tutumu 6-8 giqabayt arasında dəyişir, quraşdırılmış yaddaş isə 128 giqabayt təşkil edir. Akkumulyator tutumu 4200 milliamper/saata bərabərdir. Bundan başqa, qurğu sifətin tanınması funksiyasına, eləcə də akkumulyatorun sürətli enerji ilə doldurulma imkanına malikdir.
 
Smartfonların istehsalı ilə məşğul olan “Huawei CBG” bölməsinin rəhbəri Riçard Yu “Forbes” jurnalistlərə müsahibədə bildirib ki, qabaqcıl Çin modeli akkumulyator tutumuna, eləcə də beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) siqnalının qəbulunun sürətinə görə rəqibləri üstələyir. Bu məqsədlə smartfona 14 antena quraşdırılıb.
 
“5G” dövrü smartfon texnologiyası barədə yenidən düşünməyə imkan verir, “Mate 30” modeli isə mümkün sərhədləri n yaxşı şəkildə müəyyənləşdirir”, – bölmə rəhbəri vurğulayıb.
 
“Huawei Mate 30” smartfonunun əsas versiyasının qiyməti 799 avro, “5G” şəbəkəsini dəstəkləyən modelin isə 1099 avro təşkil edir. Hazırda yeni qurğunun hansı ölkələrdə satışa çıxarılacağı barədə məlumat verilmir.
 
Təqdimatda, həmçinin “Google Play” mağazasına rəqib olacaq “App Gallery” servisinin nümayişi olub.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.