Milli Onkologiya Mərkəzində əcnəbi həkimlər üçün ixtisasartırma kursları davam etdirilir

Milli Onkologiya Mərkəzində əcnəbi həkimlər üçün ixtisasartırma kursları davam etdirilir
19 Sent 2019 20:14

Tibbin ən ağır, ən məsuliyyətli sahələrindən biri olan onkologiya problemləri daim dövlətimizin diqqət mərkəzindədir.

Son illərdə Milli Onkologiya Mərkəzində xərçəng xəstəliklərinin diaqnostikası və müalicəsi üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində hazırda Mərkəz ən yeni tibbi texnika, o cümlədən mobil diaqnostika kompleksi ilə təchiz olunub, onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təmin edilməsi problemi aradan qaldırılıb. Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyevin respublikada onkoloji xidmətin inkişafında müstəsna rolu var. Bu gün Milli Onkologiya Mərkəzinin yerləşdiyi əraziyə nəzər salsaq görərik ki, burada böyük bir tibb şəhərciyi salınıb. Zəngin maddi-texniki bazaya və güclü kadr potensialına malik olan Milli Onkologiya Mərkəzini dünyanın aparıcı onkoloji mərkəzləri ilə bir sıraya qoymaq olar. Mərkəzin əməkdaşları onkoloji xəstələrə yüksəkkeyfiyyətli xidmətlər göstərir, bədxassəli şişlərin erkən diaqnostikasını, belə xəstələrin müasir cərrahi üsullarla, şüa terapiyası və dərmanlarla müalicəsini həyata keçirir, mövcud müalicə metodlarının daha da təkmilləşdirilməsi məqsədilə genişmiqyaslı elmi araşdırmalar aparırlar.

Mərkəzin şüa müalicəsi şöbəsinin rəhbəri, əməkdar elm xadimi, professor İsa İsayev AZƏRTAC-a bildirib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində beynəlxalq əməkdaşlıq proqramları çərçivəsində xarici ölkələrdən onkologiya sahəsində çalışan əməkdaşlar üçün peşə hazırlığının yüksəldilməsi kursları müvəffəqiyyətlə davam etdirilir. Sentyabrın 16-dan başlayaraq Mərkəzin ən müasir radioterapevtik texnika ilə təmin edilmiş (2 kompüter tomoqrafiya, 7 xətti sürətləndirici, 1 yüksəkenerjili braxiterapiya QammaMed qurğusu və s.) şüa müalicəsi və tibbi fizika bölməsində Myanmadan gələn 3 radiasion tibbi fizik, 1 həkim radiasion onkoloq, Tacikistandan 1 həkim radiasion onkoloq üçün 3 aylıq kurslar başlayıb. Dekabrın 15-dən isə Myanmadan əlavə 5 nəfərin - 3 həkim və 2 fizikin hazırlığı həyata keçiriləcək.

Professorun sözlərinə görə, həmin kurslar Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Texniki əməkdaşlıq proqramı çərçivəsində agentliyin məsləhəti və maliyyə dəstəyi ilə müasir standartlara cavab verən, yüksək səviyyəli kadrlara və texnoloji imkanlara malik klinikalarda həyata keçirilir.

Milli Onkologiya Mərkəzində tibbi fizik və həkim radioterapevtlərin hazırlığı üçün əməkdaşlar tərəfindən hazırlanmış nəzəri və praktiki məşğələlərin proqramı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ekspertləri tərəfindən müzakirə edilib və təsdiqlənib. Proqrama onkoloji xəstələrin şüa müalicəsinin fiziki əsasları ilə yanaşı, radiobiologiya, kliniki onkologiya, xəstələrə bədxassəli şişin lokalizasiyasından asılı olaraq radioterapiyanın həyata keçirilməsi üsulları daxildir.

Realpress.az

]

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.

25 Apr 2024
Cəmiyyət

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 25 aprel - Sahibkarlar Günü ilə bağlı iş adamlarını təbrik edib.