“Xiaomi” şirkəti 70 düym diaqonallı “Xiaomi Mi TV 4A” televizorunu təqdim edib

“Xiaomi” şirkəti 70 düym diaqonallı “Xiaomi Mi TV 4A” televizorunu təqdim edib
19 Sent 2019 15:00

“Xiaomi” şirkəti 70 düym diaqonallı “Xiaomi Mi TV 4A” televizorunu təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT www.ixbt.com” resursuna istinadən yazır ki, televizor genişləndirilmiş dinamik diapazonu dəstəkləyən “4K” təsvir ölçülü maye-kristal ekranla təchiz edilib. “Xiaomi Mi TV 4A” divara asılan zaman onu böyük şəklə bənzədən dar çərçivə və nazik korpusla xarakterizə olunur.
 
Bildirilir ki, yeni modelin quraşdırılmış “XiaoAI” köməkçi funksiyasına malik olması onu səsli komandalar vasitəsilə idarə etməyə imkan verir. Məsələn, televizordan konkret film və ya serialı taparaq göstərməyi xahiş etmək, eləcə də eyni şəbəkə və istifadəçi hesabına qoşulan “ağıllı” ev qurğularının idarə edilməsi üçün istifadə etmək olar. Televizor, həmçinin “Xiaomi PatchWall” istifadəçi interfeysi ilə təchiz edilib.
 
70 düymlük “Xiaomi Mi TV 4A” modeli 2 giqabayt operativ yaddaş, 16 giqabayt quraşdırılmış yaddaş və “x64” arxitekturalı “Amlogic” prosessoru ilə təchiz olunub. Həmçinin televizor üç “HDMI”, iki “USB”, bir “AV” çıxışına, eləcə də “S/PDIF” optik çıxışına malikdir. Bundan əlavə, “Dolby Audio” və “dts-HD” sistemləri dəstəklənir.
 
Sentyabrın 19-dan etibarən satışa çıxarılacaq 70 düymlük “Xiaomi Mi TV 4A” televizorunun qiyməti 564 dollar təşkil edəcək. Modellər sırasına, həmçinin 32, 43, 50, 55, 58 və 65 düym diaqonallı televizorlar daxildir.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.