Zəhərlənməyə görə Bakıdakı məşhur dönərxana bağlandı - Araşdırma başladı

Zəhərlənməyə görə Bakıdakı məşhur dönərxana bağlandı - Araşdırma başladı
19 Sent 2019 14:55


Bakıda məşhur “BİR-İKİ” dönərxanada baş vermiş zəhərlənmə ilə əlaqədar araşdırmalara başlanılıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən realpress.az-ın sorğusuna cavab olaraq bildirilib. 

Məlumatda bildirilir ki, agentliyin 1003 Çağrı Mərkəzinə daxil olmuş məlumat əsasında adıçəkilən ictimai iaşə müəssisəsində Agentlik əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:

“Hazırda araşdırma davam etdirilir, ictimai iaşə müəssisəsində istifadə olunan qida məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub.

Araşdırmanın nəticələrinə uyğun olaraq qanunvericilik çərçivəsində müvafiq tədbirlərlər görüləcək”.

Qeyd edək ki, sosial şəbəkədə tez-tez “BİR-İKİ” dönərxanada zəhərlənmələrlə bağlı məlumat yayılırdı. Bunun səbəbi köhnə ət və tərəvəzlərdən hazırlana dönər olub. 


29 Mar 2024
Cəmiyyət

Hikmət Hacıyev: Azərbaycan və Ermənistan sülhə yaxındır, buna nail olmağa çalışılır

Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin təəssüf ki, buna mane olurlar.

29 Mar 2024
Cəmiyyət

Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTO

Səhiyyə Nazirliyi “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyin təbliği ilə bağlı tədbirləri davam etdirir. 

29 Mar 2024
Cəmiyyət

Qalaktikamızdakı qara dəliyin yeni görüntüsü (FOTO)

Event Horizon Teleskopu (EHT) Süd yolu qalaktikasında yerləşən Sagittarius A* (Oxatan A*) qara dəliyinin aydın fotosunu paylaşıb.

29 Mar 2024
Cəmiyyət

Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüşüb.