Tramp: Bir zənglə istənilən ölkəyə girə bilərik

Tramp: Bir zənglə istənilən ölkəyə girə bilərik
19 Sent 2019 12:07


ABŞ Prezidenti Donald Tramp İrana hər hansı müdaxilə ilə bağlı “Bir zənglə istənilən ölkəyə girə bilərik. Bunun bu gün olması şərt deyil. Sabah və ya iki həftə sonra da ola bilər”, - deyə mesaj göndərib.

ABŞ Prezidenti Donald Tramp Kaliforniyanın Meksika sərhədində inşası davam edən sərhəd divarı ilə bağlı araşdırmalar apararaq bu barədə jurnalistləri məlumatlandırıb. 

“İranda hər hansı hərbi müdaxiləyə gəlincə, Tramp Orta Şərqdə nə olacağını zamanla görəcəyimizi bildirib. Müdaxilə etmək istənilən halda asandır.

Bir zənglə istənilən ölkəyə girə bilərik. Bunun bu gün olması şərt deyil. Sabah və ya iki həftə sonra da ola bilər”.

Keçən həftə vəzifəsindən azad olunan Ağ Evin milli tTəhlükəsizlik müşaviri Con Bolton ilə bir çox mövzuda fikir ayrılıqlarının olduğunu vurğulayan Tramp “Bolton kimi insanlar İraqa girmək istədi və işlər yolunda getmədi. Bataqlığa düşdülər, Orta Şərqdə polis olduq. Bu qorxunc idi” sözlərini də əlavə edib.

Cənub sərhədindəki qanunsuz immiqrasiya böhranını sərhəddə qurulan divarla həll edəcəklərini deyən Tramp artıq çox insanın gələ bilməyəcəyini ifadə edib.

18 Apr 2024
Dünya

Qazaxıstanda daşqınlar nəticəsində 7 nəfər ölüb.

18 Apr 2024
Dünya

Rusiyada neft anbarının yaxınlığında güclü yanğın baş verib - VİDEO

Rusiyanın Voronej vilayətində neft anbarı yaxınlığında güclü yanğın baş verib.

18 Apr 2024
Dünya

Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb

Çerniqovda aprelin 18-i səhər saatlarına olan məlumata görə, dünənki raket hücumu nəticəsində 18 nəfər ölüb, 77 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var.