Ən sürətli süni intellekt klasteri təqdim olunub

Ən sürətli süni intellekt klasteri təqdim olunub
19 Sent 2019 10:17

“Huawei” şirkəti Şanxayda keçirilən “HUAWEI Connect 2019” konfransı çərçivəsində “Atlas 900” süni intellekt klasterini nümayiş etdirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA www.4pda.ru” resursuna istinadən yazır ki, yeni klaster modeli məhsuldarlığın müəyyənləşdirilməsi üzrə “Resnet-50” xüsusi testindən 59,8 saniyə ərzində keçib. Bu, əvvəlki dünya rekordundan 10 saniyə tezdir. Minlərlə “Ascend 910 AI” çipinin daxil olduğu “Atlas 900” klasteri üç yüksəksürətli interfeysi (o cümlədən “PCIe 4.0) birləşdirir. Həllin pik məhsuldarlığı 1 petaflops təşkil edir.
 
Şirkət nümayəndələri qeyd edib ki, hazırda süni intellekt on əsas sahəyə aid 500-dən çox layihədə tətbiq edilib. “Atlas 900”-dən astronomiya və havanın proqnozlaşdırılmasından tutmuş, neft yataqlarının işlənməsi və avtonom idarəetmə sistemləri kimi tətbiqədək müxtəlif elmi tədqiqat sahələrində istifadə mümkündür.
 
Şirkət yeni klasteri, həmçinin “bulud” servisində klaster xidməti qismində quraşdırıb ki, bu da ondan müxtəlif sənaye sahələrinin müştəriləri üçün istifadəni daha da əlverişli edir. İstehsalçının planlarına beş milyon tərtibatçı üçün nəzərdə tutulan proqrama daha 1,5 milyard dollar investisiya qoymaq və tərəfdaşlara yeni əlavələr yaratmağa imkan vermək daxildir.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.