Moskvada rüşvət almaqda şübhəli bilinən polis işçisi həmkarlarına atəş açıb.
TASS xəbər verir ki, hadisə Daxili təhlükəsizlik şöbəsinin əməkdaşları tərəfindən polis nəfərini həbs etmək cəhdi zamanı baş verib.
Atəş nəticəsində bir polis işçisi öldürülüb, daha bir nəfər ağır yaralıdır.
Cinayətkar həbs edilib. İstintaq Komitəsi ona qarşı cinayət işi qaldırıb.
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.