“Facebook” alqoritmləri videolarda əsas terrorçunu müəyyənləşdirəcək

“Facebook” alqoritmləri videolarda əsas terrorçunu müəyyənləşdirəcək
18 Sent 2019 15:19

“Facebook” şirkəti videoçarxlarda zorakılıq və güllələnmə hadisələrini müəyyənləşdirən alqoritmlərin işinin keyfiyyətini artırmaq niyyətindədir. Bu məqsədlə süni intellekt sisteminin polis orqanları tərəfindən quraşdırılan kameralardan əldə edilən görüntülər əsasında öyrədilməsi nəzərdə tutulur.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti www.vesti.ru” resursuna istinadən yazır ki, ABŞ və Böyük Britaniyanın hüquq-mühafizə orqanları ilə tərəfdaşlıq çərçivəsində “Facebook” onlara kameraları pulsuz təqdim edərək əvəzində odlu silahla davranış qaydaları üzrə kursların videoyazılarını alacaq və bu məlumatları Böyük Britaniya Daxili İşlər Nazirliyi ilə bölüşəcək.  
 
“Facebook” nümayəndələri ümid edir ki, bunun sayəsində süni intellekt istifadəçilər tərəfindən yüklənən videoçarxlarda əsas şəxsin törətdiyi zorakılıq hərəkətləri ilə bağlı real epizodları daha yaxşı müəyyənləşdirəcək. Bundan başqa, film və ya oyunlarda qəddarlıq səhnələrinin səhvən ləğv edilməsi ehtimalı azaldıla bilər.
 
Məlumat üçün qeyd edək ki, “Facebook” bu ilin yazında Yeni Zelandiyanın Kraystçerç şəhərində neonasist Brenton Tarrant və onunla əlbir şəxslər iki məsciddə 50 nəfəri güllələdikdən sonra sərt tənqidə məruz qalıb. Şirkət nümayəndələri bildirib ki, təkcə hadisənin ilk günündə zorakılıq səhnələrini əks etdirən 1,5 milyondan çox videoyazı ləğv olunub. Lakin buna baxmayaraq terror aktından bir neçə həftə sonra sosial şəbəkədə şok məzmunlu videolara rast gəlmək mümkün olub.
 

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.