Kişi 10 santimetrlik buynuz çıxardı - FOTO

Kişi 10 santimetrlik buynuz çıxardı - FOTO
18 Sent 2019 12:30


Hindistanın Saqar şəhərində Şyam Lal Yadav adlı bir nəfər 4 düym (10,2 santimetr) ölçüsündə “şeytan buynuzu” çıxarıb.

Bu barədə “Mirror Online” məlumat yayıb.

Bu çıxıntı 74 yaşlı fermerin başında aldığı zərbədən beş il sonra böyüməyə başlayıb. Yadavın başından tam olaraq necə zədə alması barədə dəqiq məlumat verilmir. Əvvəlcə kişi konus şəklində neoplazmaya əhəmiyyət verməyib və bərbərlərdən onu həll etmələrini istəyib. Daha sonra özü buynuzu kəsməyə çalışıb, amma çıxıntı böyüməyə davam edib.

Hindu çıxıntını şapka altında gizlədə bilmədikdə xəstəxanaya getməyə qərar verib. Həkimlər kişidə inkişaf edən çıxıntının buynuz olduğunu təsdiqləyiblər. Həkimlər onun insanın dırnaqları və ya tükləri kimi keratindən ibarət olduğunu bildiriblər. Neyrocərrahlar əməliyyat keçirərək onu analiz ediblər. Analizlər çıxıntının xoşxassəli olduğunu göstərib. 

Həkimlər sözügedən buynuzun kişinin başında yenidən böyüməyə başlaya biləcəyini bildiriblər. Onlar bu xəstəliyin nadir olduğunu qeyd ediblər. “Şeytan buynuzu”nun böyüməsinin səbəblərindən biri kimi günəş şüasına məruz qalma da göstərilə bilər.



29 Mar 2024
Dünya

İsrail Suriya ordusunun mövqelərini bombalayıb: 40-a yaxın hərbçi ölüb - VİDEO

İsrailin Suriyanın şimal-qərbində yerləşən Hələb əyalətinə endirdiyi hava zərbələri nəticəsində azı 36 Suriya hərbçisi həlak olub.

29 Mar 2024
Dünya

Braziliyada 25 mərtəbəli bina alovlara büründü - VİDEO

Braziliyanın Resife şəhərinin çoxmərtəbəli bina yanır.

29 Mar 2024
Dünya

“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı artdı

Rusiyada “Crocus City Hall”da martın 22-də törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.