Bunlar da qaraciyəri zədələyir. Çox təəccüblənəcəksiniz!

Bunlar da qaraciyəri zədələyir. Çox təəccüblənəcəksiniz!
18 Sent 2019 10:52

Qaraciyərin əsas düşmənlərdən biri spirtli içkilərdir. Alimlər sübut edib ki, qaraciyər üçün spirtli içkilərin “ziyansız” miqdarı yoxdur və belə içkilərin hətta 1 qurtumu qaraciyərə dağıdıcı təsir edir.

Lakin bəzi adi, tez-tez qəbul etdiyimiz qida, içki və dərmanlar da qaraciyərə çox ciddi ziyan vura bilir.

1. Şirniyyatlar

Saglamolun.az bildirir ki, şirniyyatlar artıq çəki və piylənməyə səbəb olur, damarlarda iltihab yaradır. Bundan əlavə şirniyyatların çoxlu miqdarda istehlakı qaraciyərin piylənməsinə səbəb olur. Qaraciyərin piylənməsi isə öz növbəsində sirroz və xərçəngin riskini xeyli artırır.

2. Vitaminlərin nəzarətsiz qəbulu

Bütün digər dərman preparatları kimi vitaminlər də yalnız həkim tərəfindən təyin olunmalıdır. Bəzi vitaminlərin orqanizmdə artıqlığı bu vitaminlərin defisitindən daha ziyanlıdır. Belə ki, A vitamininin orqanizmdə artıqlığı qaraciyərin çox ağır zədələnməsinə səbəb olur.

3. Parasetamolun nəzarətsiz qəbulu

Parasetamol bütün dünyada ən çox qəbul olunan dərmanlardan biridir. Bir çox insanlar bu dərmanı ağrıkəsici kimi istənilən ağrılar zamanı (baş, diş və s.) tez-tez istifadə edirlər. Lakin həkimlər xəbərdarlıq edir ki, parasetamoldan tez-tez və yüksək dozalarda istifadə qaraciyərə çox ciddi ziyan vurur.

4. Meyvə şirələri

Meyvə şirələri (xüsusilə şirin meyvələrdən hazırlanmış) fruktoza ilə zəngindir. Bu maddə qaraciyərdə piyin yığılmasını sürətləndirir. Ümumiyyətlə mütəxəssislər meyvə şirələrini insan sağlamlığı üçün faydalı hesab etmir və meyvələri yalnız təzə halda yeməyi tövsiyə edirlər.

Təzə meyvələr fruktozadan əlavə qidalı liflərlə də zəngindir ki, bu liflər fruktozanın orqanizm tərəfindən mənimsənilməsini xeyli ləngidir. Bundan əlavə 1 stəkan şirə hazırlamaq üçün çox meyvə istifadə olunur. Təzə meyvə yeyəndə isə insan onlardan daha az yeyir.    

5. Şirin qazlı içkilər, enerji içkilər

Fruktoza ilə zəngin olan bu içkilərin çoxlu miqdarda istehlakı piylərin qaraciyərdə yığılmasına səbəb olur.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.