Siyasi hücumlar üçün virus aşkarlanıb

Siyasi hücumlar üçün virus aşkarlanıb
18 Sent 2019 10:33

"Eset" şirkəti "Stealth Falcon" haker qruplaşmasının digər zərərli proqram təminatı ilə əlaqədar təhlükəli virus aşkarlayıb.
 
 "ICTnews" Elektron Xəbər Xidməti "DailyComm www.dailycomm.ru" resursuna istinadən yazır ki, oxunulan fayl bekdoru aşkarlayan mütəxəssislər onu "Win32/StealthFalcon" adlandırıblar. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Tailand və Niderlandda bu virusdan istifadə edilməklə bir neçə hücumlar qeydə alınıb. Sonuncu dövlətdə həyata keçirilən hücumun hədəfi Yaxın Şərq ölkəsinin diplomatik missiyası olub.
 
Məlumata görə, "Win32/StealthFalcon" komanda serveri ilə əlaqə üçün qeyri-adi üsuldan istifadə edir. Belə ki, o, "Background Intelligent Transfer Service" (BITS) adlı standart "Windows" komponenti vasitəsilə baş verir.
 
"API" funksiyaları vasitəsilə ənənəvi rabitə ilə müqayisədə "BITS" rabitə mexanizmi "COM" interfeysinin köməyi ilə tətbiq edilib və daha gizlin işləyir. Bu səbəbdən şəbəkələrarası ekranlar onu bloklaya bilmir.
 
Qeyd edək ki, "Stealth Falcon" qruplaşması 2012-ci ildən fəaliyyət göstərir. Kibercinayətkarlar hədəf kimi Yaxın Şərqin siyasi fəallarını və jurnalistləri seçiblər. Bir sıra analitiklər qruplaşmanın fəaliyyətinin ABŞ Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşlarının cəlb olunduğu ehtimal edilən "Project Raven" ilə bağlı olduğunu iddia edir.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.