İki boksçumuz dünya çempionatında dörddəbir finala vəsiqə qazanıb

İki boksçumuz dünya çempionatında dörddəbir finala vəsiqə qazanıb
18 Sent 2019 09:50

Sentyabrın 17-də Rusiyanın Yekaterinburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatında dörd boksçumuz səkkizdəbir final mərhələsində çıxış edib.

Realpress.az AZƏRTAC-a istinadən bildirir ki, Avropa Oyunlarının qalibi, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Dominqes Alfonso dörddəbir finala gedən yolda avstriyalı Umar Cambekovla üz-üzə gəlib. Qarşılaşma Azərbaycan təmsilçisinin xeyrinə yekunlaşıb. D. Alfonso rəqibini 4:1 hesabı ilə məğlub edib.

O, dörddəbir finalda özbəkistanlı Dilşodbek Ruzmetovla münasibətinə aydınlıq gətirəcək.

D. Alfonsonun uğurunu 91 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev də davam etdirib. Misirli Yosri Rezk Mustafa ilə döyüşən boksçumuz 3:2 hesablı qələbə qazanıb.

M.Abdullayev dörddəbir finalda avstraliyalı Justis Huni ilə gücünü yoxlayacaq.

Digər iki boksçumuz Məsud Yusifzadə (52 kq) və Tayfur Əliyev (57 kq) 1/8 final qarşılaşmasında məğlub olublar.

Xatırladaq ki, 8 boksçumuzun iştirak etdiyi mundialda Bəxtiyar Qazıbəyov (63 kq), Lorenzo Sotomayor (69 kq), Amin Kuşkov (75 kq) və İsmayıl Yaqubov (91 kq) məğlub olaraq mübarizəni dayandırıblar.

Dünya çempionatında yarışlar yeni qaydalara əsasən 8 çəki dərəcəsində təşkil olunur. Yekaterinburqdakı "EXPO Arena"da baş tutacaq yarışın təsnifat mərhələsinin qarşılaşmaları sentyabrın 9-dan 17-dək keçiriləcək. Ayın 18-də boksçular dörddəbir final mərhələsində yarışacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblər ayın 21-də müəyyənləşəcək.


29 Mar 2024
İdman

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıblar - YENİLƏNİB + FOTO

Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.