Gürcüstanda 78 faiz Avropa İttifaqı, 71 faiz NATO-nu istəyir

Gürcüstanda 78 faiz Avropa İttifaqı, 71 faiz NATO-nu istəyir
18 Sent 2019 09:15

Gürcüstanda rəyi soruşulan vətəndaşların 78 faizi ölkənin Avropa İttifaqına (Aİ), 71 faizi isə NATO-ya üzvlüyünü dəstəkləyir.

Realpress.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusunun nəticələrində bildirilib.

Məlumatda deyilir ki, rəyi soruşulanların 14 faizi ölkənin Aİ-yə qoşulmasının əleyhinə səs verib, 8 faizi isə müvafiq suala cavab verməkdə çətinlik çəkib.

NDI-nin sorğu əməkdaşları eyni sualla milli azlıqlardan olan vətəndaşlara da müraciət ediblər. Milli azlıqdan olan respondentlərin 57 faizi Gürcüstanın Aİ-yə üzvlüyünün lehinə, 14 faizi əleyhinə səs verib, 26 faizi isə suala cavab verə bilməyib.

Gürcüstan vətəndaşlarının 71 faizi ölkənin NATO-ya üzvlüyünün lehinə, 17 faiz əleyhinə səs verib. Müvafiq sualın cavabını bilməyənlər isə 7 faiz təşkil edib.

Milli azlıqları təmsil edən respondentlərin 36 faizi ölkənin NATO-ya üzvlüyünə, 15 faizi əleyhinə səs verib, 46 faizi isə sualı cavablandıra bilməyib.

NDI sorğunu işğal altında olan ərazilər istisna olmaqla bütün Gürcüstan üzrə iyulun 13-dən 29-dək 2 131 respondent arasında keçirib.



28 Mar 2024
Dünya

Tokayev Çinə səfər edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun (BAF) 23-cü sessiyasında iştirak etmək üçün Çinə səfər edib.

28 Mar 2024
Dünya

Yük gəmisinin çırpıldığı körpüdə ölənlərin sayı açıqlandı

ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təsdiqlənib.

28 Mar 2024
Dünya

Rusiyanın şərqində güclü qum fırtınası - FOTO/VİDEO

Rusiyanın Amur vilayətində, Çin-Monqolustan sərhədi yaxınlığında güclü qum fırtınası yaşanıb.

28 Mar 2024
Dünya

Peruda güclü zəlzələ olub

Peruda 5,3 maqnitudalı zəlzələ olub.

28 Mar 2024
Dünya

Fransada həyəcan təbili: Silah ehtiyatı azalır

“Fransanın raket və sursat ehtiyatı çox zəifdir”.