Azərbaycan alimləri iri çaplı pulemyotlar üçün yeni stend yaradıblar

Azərbaycan alimləri iri çaplı pulemyotlar üçün yeni stend yaradıblar
17 Sent 2019 12:11

AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin güc strukturları üçün icra etdiyi layihə çərçivəsində birinci mərhələ həyata keçirilib.

Realpress.az akademiyadan verilən məlumata istinadən xəbər verir ki, həmən mərhələnin tərkib hissəsini "Müxtəlif növ iri çaplı pulemyotların geri təpmə qüvvəsini ölçən stendin yaradılması" təşkil edib.

Yerli mütəxəssislər tərəfindən yaradılan stendi yoxlamaq məqsədilə Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin əməkdaşlarının iştirakı ilə sınaq atışları həyata keçirilib.

Proses müsbət nəticələr verib və stend öz işçi parametrlərini sınaq müddətində tam qoruyub.

Hazırda növbəti mərhələyə hazırlıq işləri aparılır və yaxın gələcəkdə yeni sınaq atışlarının keçirilməsi nəzərdə tutulur.

14 Okt 2019
Hərbi

MDB ölkələrinin Müdafiə nazirləri Bakıda toplaşacaqlar

MDB ölkələrinin Müdafiə nazirləri Bakıda toplaşacaqlar

12 Okt 2019
Hərbi

Müdafiə naziri: Prezidentin “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri qarşımızda yeni tapşırıqlar qoyur

Müdafiə naziri: Prezidentin “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri qarşımızda yeni tapşırıqlar qoyur

12 Okt 2019
Hərbi

Düşmən atəşkəs rejimini yenə pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

8 Okt 2019
Hərbi

Zakir Həsənov Rusiyanın Baş hərbi prokuroru ilə görüşdü

Oktyabrın 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Baş prokurorunun müavini - Baş hərbi prokuror 1-ci dərəcəli dövlət ədliyyə müşaviri Valeriy Petrovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.