UFC-nin iki çəki dərəcəsində sabiq çempionu Konor Makqreqor “Twitter” hesabında növbəti döyüşünün tarixi və məkanını açıqlayıb.
Realpress.az xəbər verir ki, o, dekabrın 14-də vətəni İrlandiyanın paytaxtı Dublində oktaqona qayıdacağına işarə vurub.
Dublin, December 14th.
— Conor McGregor (@TheNotoriousMMA) September 16, 2019
Qeyd edək ki, Konor Makqreqor ötən ilin oktyabrında rusiyalı Həbib Nurməhəmmədova uduzduqdan sonra çıxış etməyib. O, Dastin Puaryeyə qalib gələrək çempionluq titulunu qoruyan Həbibi Moskvada döyüşə çağırıb.
Ancaq Nurməhəmmədovun amerikalı Toni Ferqyusonla görüşü daha inandırıcı görünür. Makqreqorun isə növbəti döyüşünün Castin Qetci ilə olacağı gözlənilir.
Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.
Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.