Güləş millimizin dünya çempionatında ikinci medalı gümüş oldu - YENİLƏNİB

Güləş millimizin dünya çempionatında ikinci medalı gümüş oldu - YENİLƏNİB
15 Sent 2019 20:35


Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan yığmasının ikinci medalı gümüş olub.

realpress.az xəbər verir ki, 2011-ci ilin Avropa çempionu, ötən ilin qitə üçüncüsü Rafiq Hüseynov karyerasının ən yüksək nəticəsini qazanmağa yaxın olub.

O, dünya çempionatının finalında gürcü Laşa Qobadze ilə qarşılaşıb və 3:5 hesabı ilə uduzub.

Dünya çempionatında millimizin hələlik bir gümüş və bir bürünc medalı var.


17:28

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan yığması ilk medalını qazanıb.

realpress.az xəbər verir ki, ötən ilin dünya və Avropa çempionu Eldəniz Əzizli (-55 kq) bürünc medal uğrunda görüşdə amerikalı Maks Nuri ilə qarşılaşıb.

İdmançımız rəqibinə 8:0 hesabı ilə qalib gəlib.

Bu gün qeyri-Olimpiya çəkisində Rafiq Hüseynov (-82 kq) da final görüşünə çıxacaq.

Qeyd edək ki, bu gün dünya çempionumuz Rəsul Çunayev (-67 kq) də mübarizəyə qoşulub. Lakin tanınmış idmançımız macar rəqibinə 8:0 qalib gəlsə də, cənubi koreyalı güləşçiyə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.


28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.

26 Mar 2024
İdman

Azərbaycanın 5 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəldi

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.