Polşa 2024-cü ilədək kibernetika qoşunları yaradacaq

Polşa 2024-cü ilədək kibernetika qoşunları yaradacaq
14 Sent 2019 13:37

Polşanın Milli Müdafiə Nazirliyi 2024-cü ilədək rəqəmli məkanda ölkənin təhlükəsizliyinin təmin edilməsinə cavabdeh olacaq kibernetika qoşunları yaratmaq niyyətindədir. Bu haqda Polşanın müdafiə naziri Mariuş Blaşak deyib. Onun sözlərinə görə, yeni hərbi strukturun tərkibinə təxminən 2000 nəfər daxil ediləcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “itc.ua” saytına istinadən yazır ki, müasir dövlət informasiya mübadiləsini, bank sisteminin fəaliyyətini, müəssisələrin işləməsini və bir çox başqa sahələrin fəaliyyətini təmin edən rəqəmli texnologiyalardan asılıdır. Belə sistemlərə qarşı həyata keçirilən haker hücumları bu və ya digər ölkəyə ciddi zərər vura bilər. Bu səbəbdən dünyada bəzi ölkələr kibernetik qoşunlarının yaradılmasına başlayıblar.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.