Aeroport yolunda baş verən dəhşətli qəza kameraya düşüb.
Realpress.az avtosfer.az-a istinadən xəbər verir ki, "BMW" markalı avtomobil idarəetməni itirərək "Ford" markalı mikroavtobusa dəyir. Bu zaman "Ford" hərəkət istiqamətini dəyişərək dəmir arakəsməyə çırpılır.
Ardınca isə bir neçə dəfə çevrilərək aşır. Eyni zamanda "BMW" də digər dəmir arakəsməyə dəyir. Hadisə nəticəsində hər iki sürücü yaralanır.
"Ford"un daşıdığı yük yola səpələnir. Görüntüləri təqdim edirik:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.
Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.
Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.