Hindistanda Tanrını suda batırmağa çalışan 11 nəfər həlak oldu - VİDEO

Hindistanda Tanrını suda batırmağa çalışan 11 nəfər həlak oldu - VİDEO
14 Sent 2019 09:20


Haneşedəı fil başlı Tanrıya həsr olunmuş bayram zamanı 11 nəfərdən çox şəxs həlak olub.

Xəbəri "Hindistan Times" yayıb.

İnsident sentyabrın 13-də, cümə günü, səhər saatlarında Madhya-Pradeş ştatının Bhopal şəhərində baş verib. Hindlilər Haneşa-çaturthi (Haneş festivalı) üçün vacib bir ayini yerinə yetirmək - tanrının gil heykəlini suya buraxmaq üçün göldə qayıqlarla üzürmüşlər.

Bu zaman qayıqlardan biri çevrilib. Suya düşən sərnişinlər ikinci qayığa qalxmaq istəyəndə o  da tarazlığını saxlaya bilməyib, böyrü üstə çönüb. Hadisə yerinə gələn xilasedicilər 6 nəfəri xilas ediblər. On bir nəfərin isə meyiti sudan çıxarılıb. Həlak olanların yaşları 15-30 arasında dəyişir. Qayıqda cəm 19 nəfər olub, itənlərin axtarışları davam etdirilir.

Qayıqları idarə edən şəxslərə qarşı ehtiyatsızlıq üzündən başqalarının ölümünə səbəb olma ittihamı üzrə cinayət işi qaldırılıb.


Haneşa-çaturtxi təqvimdən asılı olaraq, bəzən avqust, bəzən də sentyabr ayına təsadüf edir. Bayram 10 gün çəkir. Bu zaman hər yerdə Haneşanın gil heykəlləri qoyulur, bayramın son günü isə heykəli suda batırırlar ki, o, "daim suların qoynunda yuyuna bilsin".

25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.