Yaxın vaxtlarda iş yerləri ilə bağlı vahid vakansiya bazası istifadəyə veriləcək

Yaxın vaxtlarda iş yerləri ilə bağlı vahid vakansiya bazası istifadəyə veriləcək
13 Sent 2019 15:20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iş yerləri ilə bağlı vahid vakansiya bazasının elektronlaşdırılması üçün apardığı işləri yekunlaşdırmaq üzrədir.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitənin iclası ilə bağlı keçirilən brifinqdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli deyib.

Onun sözlərinə görə, həmin baza tezliklə Azərbaycan vətəndaşları və ölkəmizdə fəaliyyət göstərən əcnəbilərin istifadəsinə veriləcək.

M.Kərimli qeyd edib ki, Azərbaycanda xaricilərin ən çox işlədiyi sahələr
neft-qaz sənayesi, tikinti və xidmət sektorudur: "Azərbaycanda işləmək istəyən şəxs Azərbaycanda xaricilərin fəaliyyəti ilə bağlı mövcud olan kvotalara uyğun olaraq, Dövlət Miqrasiya Xidmətinə müraciət edir. Miqrasiya Xidməti aidiyyəti olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər dövlət qurumlarının rəylərini əldə etməklə onlara iş icazələri verir".


19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

19 Apr 2024
Cəmiyyət

Kəlbəcər dağlarının əhatəsində futbol keyfi - VİDEO

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin futbol oynamaları diqqət çəkib.

19 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbara və qumbaraatan aşkarlayıblar.