İş otağında güllələnən vəkil xəstəxanada öldü - YENİLƏNİB - TƏFƏRRÜAT - FOTO

İş otağında güllələnən vəkil xəstəxanada öldü - YENİLƏNİB - TƏFƏRRÜAT - FOTO
13 Sent 2019 10:26

10:10

Tovuz rayonunda güllələnən keçmiş vəkil dünyasını dəyişib.

Realpress.az xəbər verir ki, bu barədə Trend-ə Tovuz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilir ki, bu gün səhər saatlarında güllələnən Firudin Ələkbərli xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

---------
09:58

Tovuz rayonunda tanımış vəkilin güllələnməsinin bəzi detalları məlum olub. 

Realpress.az sfera.az-a istinadən xəbər verir ki, vəkil Firudin Ələkbərlini rayonda "Göl Əli" kimi tanınan şəxsin vurduğu bildirilir.

İlkin məlumatlara görə, vəkil otağına keçib və təxminən 15 dəqiqə sonra adıçəkilən şəxs içəri girərək vəkili güllələyib və ərazidən uzaqlaşıb.

F.Ələkbərli xəstəxanaya çatdırılıb. Hadisə yerinə Tovuz Rayon Rayon Polis İdarəsinin və Prokurorluq orqanlarının rəsmiləri cəlb olunub.

Qeyd edilir ki, "Göl Əli" ilə vəkil arasında bir müddətdir narazılıq yaranıb. Hadisənin məhz bu narazılıqdan qayanaqlandığı ehtimal edilir.

----------
09:43

Tovuz rayonunda tanımış vəkil güllələnib.

Realpress.az baku.ws-ə istinadən xəbər verir ki, vəkil Firudin Ələkbərli rayonun mərkəzində odlu silahdan güllələnib.

Vəkil təcili xəstəxanaya yerləşdirilib.


20 Fev 2020
Kriminal

Terrorçulara qoşulan azərbaycanlı qadını İnterpol axtarır

Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı qadını beynəlxalq axtarışa verib.

14 Fev 2020
Kriminal

Dövlətə xəyanətdə ittiham olunan Fəxrəddin Abbasova ağır cəza

Dövlətə xəyanətdə ittiham olunan Fəxrəddin Abbasova ağır cəza

13 Fev 2020
Kriminal

“Bandotdel"dən xüsusi əməliyyat - 27 nəfər həbs edildi

Daxili İşlər Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən rəhbərləri Türkiyə Respublikasında yaşayan və Azərbaycan ərazisində onlayn narkotik satan şəxslərə qarşı genişmiqyaslı əməliyyat tədbiri keçirilib.

13 Fev 2020
Kriminal

Baş Prokurorluqdan Nərminin qətli ilə bağlı açıqlama: “İfadələri alınır”

Baş Prokurorluqdan Nərminin qətli ilə bağlı açıqlama: “İfadələri alınır”

6 Fev 2020
Kriminal

Qızının gözü qarşısında anasını bıçaqlayan Bəhmənovun ittihamı ağırlaşdırıldı

Fevralın 1-də Bakıda keçmiş arvadına 16 bıçaq zərbəsi vuran Ceyhun Bəhmənovun ittihamı ağırlaşdırılıb.