“Azərbaycan Hava Yolları” təyyarə bələdçisi vəzifəsinə qəbul elan edir

“Azərbaycan Hava Yolları” təyyarə bələdçisi vəzifəsinə qəbul elan edir
12 Sent 2019 16:11


“Azərbaycan Hava Yolları” aviaşirkəti xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edir. Sənəd qəbulu 2019-cu il sentyabrın 16-dan oktyabrın 16-dək (saat 10.00-dan 12.00-a kimi) aparılacaq.

Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 160 sm-dən az və 180 sm-dən çox olmayan, orta təhsili başa vurmuş, mütləq qaydada azərbaycan və ingilis dillərində sərbəst danışan xanımlar iştirak edə bilər.

Digər xarici (rus, ərəb, çin) dil bilikləri arzuolunandır. Əlavə tələblərə daxildir – ünsiyyətcillik, həmçinin, bədənin görünən hissələrində döymə, çapıq və doğum ləkələrininin olmaması.

Müsabiqədə iştirak üçün aşağıdakı sənədlərin əsli və surətləri tələb olunur:

- şəxsiyyət vəsiqəsi;

- bir fotoşəkil (3х4);

- xarici pasport;

- diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa).

Bütün sənədlər qeyd olunan tarixdə Heydər Əliyev Beynəlxalq Aeroportunda “Azərbaycan Hava Yolları”nın (AZAL) Personalla iş üzrə Baş İdarəsinə təqdim olunmalıdır.

Əlavə məlumat üçün bu telefon nömrələrinə müraciət etməniz xahiş olunur: (012) 497-26-00 (daxili 24-04; 32-81; 20-74).

27 İyun 2019
Turizm

Azərbaycanda turizm polisi yaradılacaq

Azərbaycanda turizm polisi fəaliyyət göstərəcək. "APA-Economics"in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib.

25 İyun 2019
Turizm

Rusiyalı turistlər üçün Bakı-Tbilisi pulsuz avtobusları təşkil oluna bilər

Rusiyalı turistlər üçün Bakı-Tbilisi pulsuz avtobusları təşkil oluna bilər

18 İyun 2019
Turizm

Azərbaycana Çindən turist axını gözlənilir - Dövlət Turizm Agentliyinin sədri

Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasının Bakıda keçirilməsi çox vacib idi.