Ramil Şeydayev Bakıya köçəcək - VİDEO

Ramil Şeydayev Bakıya köçəcək - VİDEO
12 Sent 2019 15:15

Milli komandamızın hücumçusu Ramil Şeydayev Moskvada yaşayan həmyerlimiz Anar İbrahimovun İBRAKADABRA Youtube kanalının qonağı olub. 

Realpress.az sportinfo.az-a istinadən xəbər verir ki, Moskva "Dinamo"sunun forvardı əvvəlcə başına gələn maraqlı hadisələri danışıb:  

- Bir dəfə Aleksandr Səmədovla bazadan taksi ilə gedirik və yolda dünya çempionatı barədə söhbət düşdü. Mən dedim dünya çempionatında 8-ci yer zəif nəticədir. O, bunu eşidən kimi əsəbləşdi. Başladı mənə qəzəblə cavab verməyə ki, "biz 5-ci yer tutmuşuq!" Onlar bunu 5-ci yer kimi qəbul edirlər, 8-ci kimi yox. Mən də başladım məzələnməyə. Həmin vaxt çox hirsləndi.

- Keçmiş komanda yoldaşlarından kimin üçün darıxırsan? 

- Çox adam üçün. Ad çəkmək istəmirəm. Amma elə futbolçular var ki, onlarla bir komandada oynamaq istərdim.

-  Səmədov?

-  Hə, Səmədov. Əla oğlandır. Əla insandır. "Səməd" həqiqətən də möhtəşəmdir.

 -  Onunla nə barədə danışırdınız? Söhbətləriniz yalnız futbol barədə idi?

- Müxtəlif mövzulardan danışırdıq. Millidən, futboldan. Azərbaycan milli komandası barədə çox söhbət edirik. .

Azərbaycan barədə nə danışırsız?

- Soruşurdu ki, orada vəziyyət necədir? Niyə o vaxt Azərbaycan yığmasında oynamağa razılaşmadı. O, Bakıda keçirilən Avropa Liqasının finalının səfiri idi. Soruşurdu ki, Bakıda hara getmək olar? O gedib-gələndən sonra mənə Bakıdan danışırdı. Bakı onun çox xoşuna gəldi.

Bakıda ona haranı məsləhət gördün? 

- Bakıda gəzməyə yer çoxdur. Heydər Əliyev Mərkəzi, Dəniz kənarında görməli restoranlar çoxdur.  

-  Üç şəhəri fəxri kürsündəki yerlərə ayır: Bakı, Moskva, Piter.

- Piter, Bakı, Moskva. Piter - doğma şəhərimdir. Orada doğulmuşam, ailəm orada yaşayır. Piterdə hər yeri tanıyıram. Bakıda çox rahatam. Bakını çox sevirəm. Bəlkə də gələcəkdə ora köçdüm. Futbol karyeramı bitirdikdən sonra.

-  Səni harada daha çox tanıyırlar? Rusiyada yoxsa Azərabycanda?

-  Azərbaycanda.

-  Bildiyimə görə, Bakıdakı uşaqlar mənə demişdi ki, sən orada ulduzsan.

- Fikrimcə, yox. (hiss olunur ki, utanır)

- "Syon"un qapıçısı Anton Mitruşkinin sualı: "Bir müsahibədə demişdin ki, artıq iki ildir musiqiyə qulaq asmırsan. Bu necə mümkündür və həyatında bəlkə nəsə dəyişib?"

- Həmin müsahibə yadımdadır. Samarada idi. Mən dedim ki, demək olar, musiqiyə qulaq asmıram. Deməmişdim ki, ümumiyyətlə, dinləmirəm. Dostlarla maşında gedəndə məsələn, musiqiyə səs verirlər, qulaq asıram. Mən dinə bağlıyam. Bu sahədə irəli getmək istəyirəm. İstəyirəm ümumiyyətlə, qulaq asmayım. Amma alınmır.

-  Kino çəksəydin, orada nədən bəhs edilərdi? Və futbolçulardan kimi çağırardın?

-  Döyüş filmi çəkərdim. Və Ayazı (Ayaz Quliyev) çağırardım.


16 Apr 2024
İdman

Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb

Honkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində qalib gələrək tarixi uğura imza atan Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Vətənə dönüb.

15 Apr 2024
İdman

Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci “Kelechek” beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar.

15 Apr 2024
İdman

Bakı kəndləri birinciliyində iki günə 400 cüdoçu yarışdı - FOTO

Cüdo üzrə Bakı kəndləri birinciliyinin qaliblərininə Bakı Abadlıq Xidməti tərəfindən Azərbaycan istehsalı olan, keyfiyyətinə görə son illər gənclər arasında çox populyarlaşan “İSMA BİKES” velosipedləri və pul mükafatları təqdim olunub.

15 Apr 2024
İdman

Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurublar - YENİLƏNİB + FOTO

Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində gənclər arasında keçirilən Avropa birinciliyinin qalibi olub.

13 Apr 2024
İdman

Dünya Kubokunda üç gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Vətənə qayıdıb

Tailandın Phuket şəhərində keçirilmiş Dünya Kubokunda 3 gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Vətənə qayıdıb.