İş adamı aktrisaları tapança ilə döydü - Biri Rafet El Romanın eks həyat yoldaşıdır - FOTO

İş adamı aktrisaları tapança ilə döydü - Biri Rafet El Romanın eks həyat yoldaşıdır - FOTO
11 Sent 2019 16:48

Türkiyəli maniken və aktrisa Ceren Kaplakarslan və anası - aktrisa Nuray Deveci Yeşiltepe döyülüb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, hamiləliyin 6 ayında olan 30 yaşlı aktrisa sevgilisi - iş adamı Temel Kankıran tərəfindən döyülüb.


Hadisə 1 sentyabr tarixində Ataşehirdə baş verib. Hamilə Ceren Kaplakarslan anası Nuray Deveci Yeşiltepe ilə birlikdə həkim müayinəsi üçün özəl xəstəxanaların birinə gəliblər. Bu zaman Kaplakarslanın sevgilisi Temel Kankıran da xəstəxanaya gəlib. Müayinə başa çatdıqdan sonra anası ilə bərabər avtomobilə tərəf hərəkət edərkən Temel onlara yaxınlaşaraq danışmaq istədiyini deyib.


Dialoq mübahisə ilə davam edib. Temel Kankıran belindəki tapançanı çıxararaq Ceren Kaplakarslanın başına dayayıb. Aktrisanın anası qızını qorumaq istəyərkən acıqlı sevgili silahın dəstəyilə qadını vurub. Daha sonra Cerenin üzündən zərbə endirib. Hər ikisi zərbələrdən yerə yıxılıb. Temel onları yerdə təpikləməyə başlayıb.

Ətrafdakı insanlar ana və qızın köməyinə yetişiblər və təcili yardımla xəstəxanaya aparılıblar. 

Cinayəti törədən iş adamı Temel Kankıran saxlanılıb. Barəsində həbs hökmü çıxarılaraq həbsxanaya göndərilib.

Qeyd edək ki, Ceren Kaplakarslan məşhur müğənni Rafet El Romanın keçmiş həyat yoldaşıdır.



18 Sent 2019
Şou-biznes

Xalq artisti Naibə Allahverdiyeva ağır xəstəlikdən əziyyət çəkir – VİDEO

ARB TV-nin “Elgizlə İzlə” verilişində uzun zamandır səhhətində problem yaşayan xalq artisti Naibə Allahverdiyeva ilə telefon bağlantısı qurulub.

18 Sent 2019
Şou-biznes

Afət Fərmanqızının Hacısı CANLI EFİRDƏ — FOTO

Müğənni Afət Fərmanqızının həyat yoldaşı Hacı Rafət ARB-də yayımlanan “Elgizlə izlə” verişində canlı bağlantıya qoşulub.

17 Sent 2019
Şou-biznes

Emin Ağalarov: "Bütün ömrüm boyu xatırlayacağam"

Bugünkü çıxışımı bütün ömrüm boyu xatırlayacağam. Tamaşaçıların azarkeşliyi və arenadakı ab-hava möhtəşəm idi.

17 Sent 2019
Şou-biznes

Brilliant Dadaşova: "Madonnanı müğənni hesab etmirəm, sıfırdır"

Xalq artisti Brilliant Dadaşova "Hər şey daxil" verilişinin qonağı olub.

17 Sent 2019
Şou-biznes

“Kimsə fahişə ilə evlənmək istəyirsə, evlənə bilər" - Taleh Yüzbəyov

Cəmiyyətin "Zəhər tuluğu"na ehtiyacı var idi. Bu ideya ilk yarananda Adil çox ciddi personaj deyildi. O, sadəcə acıdil, hamını bezdirən, hamının zəhləsini tökən adi bir obraz idi. Vaxt keçdikcə özü də bilmədən dönüb filosof oldu. Adilə ehtiyac var imiş ki, sevildi.