Ronaldu rekordlardan doymur

Ronaldu rekordlardan doymur
11 Sent 2019 15:34

AÇ-2020-nin seçmə mərhələsinin B qrupunda Litvanı 5:1 hesabı ilə məğlub edən Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu matça damğa vurdu.

Realpress.az sportal.az-a istinadən xəbər verir ki, oyunda dörd qol vuran 34 yaşlı hücumçu 7, 62 və 65-ci dəqiqələrdə fərqlənməklə het-trikini rəsmiləşdirib. Bununla da Ronaldu millidə 8-ci het-trikini reallaşdırıb.

Ronaldu milli komanda karyerasında 93-cü qolunu vurub. Milli komandalar tarixində ən çox qol vuran futbolçu ünvanını ələ keçirməyə iddialı olan ulduz futbolçu İran millisində 109 qol vuran Əli Daeni izləyir.

Bundan əlavə, Ronaldu Portuqaliya millisində 40 fərqli yığmaya qol vurmağı bacarıb. Onun qol vurduğu yığmalar arasında Azərbaycan millisi də var.

Ronaldo 25 qolla Avropa çempionatlarının seçmə mərhələ tarixlərinin bombardiridir.


25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.