“Uşaq pulu” ilə bağlı yeni - TƏKLİF

“Uşaq pulu” ilə bağlı yeni - TƏKLİF
11 Sent 2019 12:59


“Uşaq pulu” ilə bağlı müzakirələr gündəmin vacib xəbərlərindən olaraq qalmaqdadır. Rəsmi açıqlamalarda daha çox sosial qayğısı olanlara birbaşa ödənişin həyata keçirilməsi vacib hesab olunur.

Realpress.az-ın məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı Vüqar Bayramov bildirib.

Ekspert qeyd edib ki, rəhbərlik etdiyi qurum Azərbaycanda İtaliya modelinin tətbiqini daha məqsədəuyğun hesab edir.

“Belə ki, bəzi ölkələrdə “uşaq pulu”nun məbləği ailənin gəlirlik səviyyəsinə uyğunlaşdırılır. Məsələn, İtaliyada illik gəliri 11422 avroyadək olan ailələrə hər uşağa görə ayda 250 avro ödənilir. Ailənin gəliri artdıqca “uşaq pulu” məbləği dəyişir”, - deyə V.Bayramov qeyd edib.

İqtisadçının sözlərinə görə, İtaliyada qanunla müəyyənləşdirilmiş həddən az gəliri olanlara “uşaq pulu” verilir ki, bu da onların sosial təminatının gücləndirilməsi baxımdan vacibdir.

“Aydındır ki, Azərbaycanda dörd min manat aylıq gəliri olan üçün 100 manat “uşaq pulu” ciddi rəqəm hesab olunmaya bilər. Amma 400 manat qazanan ailə üçün bu əhəmiyyətli dəstəkdir. Yəni imkanlı ailənin uşaq puluna ciddi ehtiyacının olmaması gəliri az olanların bu imkandan faydalanmasına əngəl yaratmamalıdır. Bu baxımdan, İtaliya modelində olduğu üçün gəliri az olan ailələrin uşaqların sayına görə uşaq pulu alması daha məqsədəuyğun hesab oluna bilər”.

V.Bayramov əlavə edib ki, bunun üçün Azərbaycanda gəlirlərin deklarasiyası haqqında qanunun qəbul edilməsinə ehtiyac var.

“Kimin varlı və kimin kasıb olduğunu müəyyənləşdirmək üçün dövlət qulluqçuları daxil olmaqla hamının gəlirlərini bəyan etməsi vacibdir. Bu həm də şəffaflığın gücləndirilməsi baxımdan da çox önəmlidir.

Bu zaman artıq sosial qayğıya və ya uşaq pulunu ehtiyacı olan ailələrin müəyyənləşdirilməsi mümkündür. İkinci mərhələdə isə az gəliri olan ailələrə uşaqların sayına uyğun olaraq uşaq pulu formasında birbaşa ödəniş mümkündür.

Bu həmin ailələrin sosial müdafiəsinin gücləndirilməsi baxımdan vacib hesab oluna bilər. “Uşaq pulu”nun bərpasında İtaliya modelinin tətbiq edilməsi həm ailələrin gəlirlərinin müəyyənləşdirilməsinə, həm da gəliri az olan ailələrin “uşaq pulu”ndan faydalanmasına imkan verəcək".

Ekspertin fikrincə, bu mexanizm ünvanlı sosial yardımla eyni deyil və birbaşa uşaq sayına hesablanmış modeldir:

“Bizim təşkilatın qiymətləndirmələrinə görə, bu modelin tətbiq edilməsi ildə 800 milyon manata yaxın xərc tələb edəcək. Bu büdcə üçün ciddi maliyyə yükü yaratmamaqla istehlak bazarında qiymət tarazlığını da pozmayacaq”.

Qeyd edək ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “uşaq pulu”nun bərpası istiqamətində müzakirələr getdiyini bildirmişdi.

Onun sözlərinə görə, müzakirələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə aparılır.


10 Avq 2020
İqtisadiyyat

Neft yenidən bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin oktyabr müqaviləsinin dəyəri 1,01% artaraq 1 barelə görə 44,85 dollar təşkil edib.

10 Avq 2020
İqtisadiyyat

Manatın bu günə məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 10 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

8 Avq 2020
İqtisadiyyat

SOCAR-ın rəhbər şurası ölkə başçısının çıxışından irəli gələn vəzifələri müzakirə etdi - FOTO/VİDEO

Avqustun 7-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbər şurasının üzvlərinin “SOCAR Tower”də iclası keçirilib.