Qadın ona xəyanət edən sevgilisindən qisas almaq üçün iki övladını suda boğdu

Qadın ona xəyanət edən sevgilisindən qisas almaq üçün iki övladını suda boğdu
11 Sent 2019 10:57


Rusiyanın Kamçatka vilayətində iki azyaşlı uşağın qətli ilə bağlı cinayət işi başlanılıb.

Faciə sentyabrın 9-da, səhər saatlarında baş verib.

27 yaşlı qadın beş yaşlı oğlunu və yaş yarımlıq qızını özünə bağlayaraq Kraşeninnikov buxtasına girib. Ətrafdan keçən insanlar uşaq qışqırıqlarını eşidərək, polisə və xilasedicilərə məlumat veriblər.

Hüquq-mühafizə orqanları və xilasedicilər hadisə yerinə gəldikdən sonra qadına qayıq vasitəsilə çata biliblər. Beş yaşlı uşağın meyiti sudan çıxarılıb, yaş yarımlıq qız isə reanimasiyada ölüb. Qadını isə həyata qaytarmaq mümkün olub. Hazırda onun saxlanılması ilə bağlı məsələ müzakirə edilir.

Kamçatka vilayətinin hüquq-mühafizə orqanlarının məlumatına əsasən, qadın onunla münasibətdə olan kişinin xəyanətindən xəbər tutduqdan sonra uşaqlarını boğmaq qərarına gəlib.

Yekaterina adlı qadın uşaqlarının atasının ailəli olduğunu və başqa qadınlarla da görüşdüyünü öyrənib. Qonşuların dediyinə görə, bunu eşidən qadın ağlını itirib.


29 Mar 2024
Dünya

“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı artdı

Rusiyada “Crocus City Hall”da martın 22-də törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.

29 Mar 2024
Dünya

Hərbi təyyarə dənizə düşdü

Sevastopol yaxınlığında hərbi təyyarə dənizə düşüb, lakin şəhərin mülki obyektlərinə ziyan dəyməyib.

29 Mar 2024
Dünya

Polşa Silahlı Qüvvələri Rusiyaya görə təyyarələri səmaya qaldırıb

Polşa Silahlı Qüvvələri Rusiya aviasiyasına görə təyyarələri səmaya qaldırdıqlarını açıqlayıb.