İranda qız stadiona getdiyi üçün təzyiqlə üzləşdi, özünü yandırdı - VİDEO

İranda qız stadiona getdiyi üçün təzyiqlə üzləşdi, özünü yandırdı - VİDEO
11 Sent 2019 09:41

İranda futbola baxmaq üçün stadiona gedərkən saxlanılan qadın intihar edib.

Realpress.az xarici mətbuata istinadən xəbər verir ki, Seher Hudayari mart ayında İranda keçiriən futbol oyununa baxmaq üçün kişi paltarı geyinərək stadiona keçmək istəyib.

Lakin nəzarətçilər onu tutublar. Bundan sonra 29 yaşlı Seher 4 gün polis tərəfindən həbs edilib. Onun barəsində cinayət işi başlanıb və məhkəməyə qədər qadın sərbəst buraxılıb.

Məhkəməyə bir neçə dəfə get-gəl edən Seher prosesdən bezib. Həm də, cəmiyyətdə ona qarşı təzyiqlər başlayıb.

Bu səbəbdən də, Seher özünü yandırıb. Xəstəxayana yerləşdirilən qadın bir neçə gündən sonra ölüb.


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.