Dəmirlə zəngin qidaların qəbulu nə üçün vacibdir?

Dəmirlə zəngin qidaların qəbulu nə üçün vacibdir?
11 Sent 2019 09:36

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Trend.az ilə birgə layihəsi olan "AQTA maarifləndirir" rubrikası davam edir.

Bu dəfəki maarifləndirici mövzumuz isə "Dəmirlə zəngin qidaların qəbulunun orqanizmə faydası" haqqında olacaq.

Hazırda dünyada 2 milyard insan anemiyadan əziyyət çəkir. Dəmir çatışmazlığı dəmir-defisitli anemiyaların yaranmasına səbəb olur. Bu isə xüsusi həssas əhali qrupunun - qadınların sağlamlığına, dünyaya gətirdikləri uşaqlarının immun sisteminin zəif olmasına, daha çox infeksiyalara məruz qalmasına, fiziki və intellektual inkişaflarına mənfi təsir göstərir. Odur ki, dəmirlə zəngin qidaların qəbul edilməsi olduqca vacibdir.

Dəmir insan orqanizmi üçün faydalı elementlərdəndir. Bir çox qidalarda olsa da, bəzi məhsullara əlavə olunur və qida əlavə kimi istifadə edilir. Hemoqlobinin əsas tərkib hissəsi olmaqla eritrosit zülalına daxildir və oksigeni ağciyərlərdən toxumalara ötürməklə orqanizmi oksigenlə zənginləşdirir. Dəmir orqanizmi oksigenlə təmin edən digər miyoqlobin zülalının da əsas tərkib hissəsinə daxildir. O əzələdə mübadiləni dəstəkləyir və birləşdirici toxumanın sağlam inkişafına kömək edir.

Dəmir böyümə, nevroloji inkişaf, hüceyrələrin işləməsi və bəzi hormonların sintezi üçün də lazımdır. Qidada dəmir hem və qeyri-hem formasındadır. Bitki və dəmirlə zəngin olan qidalarda yalnız non hem dəmiri var. Ət, dəniz məhsulları və quş ətinin tərkibində həm hem, həm də qeyri-hem dəmiri olur. Nonhem dəmirinin qidada əsas qaynaqları qoz-fındıq, lobya, tərəvəz və taxıl məhsullarıdır.

Qidalarda dəmir ehtiyacının təxminən yarısı çörək, dənli bitki və digər taxıl məhsullarından gəlir. Bundan başqa ana südündə yüksək miqdarda bioyararlı dəmir var. Lakin 4-6 aydan böyük uşaqların ehtiyaclarını ödəmək üçün bu kifayət etmir. Odur ki, mütəxəssislər tərkibində dəmir olan qida məhsullarının istehlakını tövsiyə edirlər. Bunlar əsasən qaraciyər (ancaq hamiləlik zamanı istifadə edilməsi məsləhət deyil), ət, paxlalı bitkilər, qoz-fındıq, quru meyvələr, tam taxıllı məhsullar, alma, yumurta sarısı, kələm, qırmızı çuğundur, kök, sarımsaq, soğan, noxud, balıq və balıq məhsulları, səhər yeməyi üçün bərkidilmiş dənli bitkilər, soya unu, tünd-yaşıl yarpaqlı tərəvəzlərdir.

Nəzərə almaq lazımdır ki, dəmirin yüksək miqdarda qəbul edilməsinin əks təsirləri də var. Məsələn, normadan artıq dəmir qəbulu qəbizlik, halsızlıq, qusma və mədə ağrısı kimi xoşagəlməz hallar yaradır. Odur ki, dəmirin gündəlik qəbulu müəyyən edilən normanı keçməməlidir.

Dəmirin tövsiyə edilən gündəlik dozası

Dəmirin tövsiyə edilən gündəlik dozası

Əhali qrupu              Yaş           Ortalama günlük doza

Südəmər uşaqlar    0-0.5                     6 mq

Südəmər uşaqlar    0.5-1                    10 mq

Uşaqlar                   1-3                      10 mq

Uşaqlar                   4-6                      10 mq

Uşaqlar                   7-10                    10 mq

Kişi                        11-14                    12 mq

Qadın                    11-14                    15 mq

Kişi                        15-18                    12 mq

Qadın                    15-18                    15 mq

Kişi                        19-24                    10 mq

Qadın                    19-24                    15 mq

Kişi                        25-50                    10 mq

Qadın                    25-50                    15 mq

Kişi                         51+                      10 mq

Qadın                     51+                      10 mq

Realpress.az



25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.

25 Apr 2024
Cəmiyyət

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 25 aprel - Sahibkarlar Günü ilə bağlı iş adamlarını təbrik edib.