Timati moskvalıları qəzəbləndirən klipini "Youtube"dan sildi - VİDEO

Timati moskvalıları qəzəbləndirən klipini "Youtube"dan sildi - VİDEO
10 Sent 2019 16:01

Rusiyanın məşhur reperi Timati həmkarı Qaf ilə birlikdə çəkdirdiyi klipini "Youtube"dan silib.

Realpress.az 
xəbər verir ki, o, bu addımı sosial şəbəkələrdəki mənfi rəyləri görə bu addımı atmağa məcbur olub.

"Moskva" adlanan ekran işi 7 sentyabr Şəhər Günündə təqdim edilmişdi. Mahnıdakı "Mitinqlərə getmirəm" və "Sobyanin uğrunda burger yemirəm" kimi misralar moskvalıları qəzəbləndirib. Klip 2 gün ərzində 1 milyondan çox dislike toplayıb. Cəmi 63 bəyənmə gəlib.

Timati "İnstagram" hesabında sözügedən klipi sildiyini elan edib:

"Öz şəxsi fikirlərimi yetərincə sərt şəkildə söyləmək, bəli, mənim stilimdir. Lakin bu qədər insanı qəzəbləndirmək istəməzdim. Mənə bu xaos dəqiq lazım deyil. Dostlar, bu mənfi dalğanın davam etməməsi üçün bu videonu silirəm. Kimi isə incitmək məqsədimiz yox idi". 

Qaf isə öz növbəsində mahnıya və klipə görə izləyicilərdən üzr istəyib. O, siyasi məsələlərdən xəbərdar olmadığını bildirib. 



29 Mar 2024
Dünya

İsrail Suriya ordusunun mövqelərini bombalayıb: 40-a yaxın hərbçi ölüb - VİDEO

İsrailin Suriyanın şimal-qərbində yerləşən Hələb əyalətinə endirdiyi hava zərbələri nəticəsində azı 36 Suriya hərbçisi həlak olub.

29 Mar 2024
Dünya

Braziliyada 25 mərtəbəli bina alovlara büründü - VİDEO

Braziliyanın Resife şəhərinin çoxmərtəbəli bina yanır.

29 Mar 2024
Dünya

“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı artdı

Rusiyada “Crocus City Hall”da martın 22-də törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.