ABŞ-ın Perdyu Universitetinin "West Lafayette" kampusunda "Starship" şirkətinin altıtəkərli robotlaşdırılmış arabaları istifadəyə verilib.
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, məlumata görə, universitet tələbələri "Starship" mobil əlavəsi vasitəsilə yemək sifariş etdikdən sonra avtonom araba onu dərhal təyinat yerinə çatdıracaq. Digər kampuslarda olduğu kimi, çatdırılmanın qiyməti 2 dollar təşkil edir. Hazırda "West Lafayette" "Starship" şirkətinin avtonom robotlaşdırılmış arabalar vasitəsilə qidanın çatdırılması üzrə servisin fəaliyyət göstərdiyi ən böyük tələbə kampusudur.
"Starship" gələcəkdə avtonom robotların köməyi ilə yeməyin çatdırılması üzrə servislər şəbəkəsini genişləndirməyi planlaşdırır. Növbəti iki il ərzində ölkə kampuslarında belə robotların sayının bir neçə yüz minə çatacağı gözlənilir.
Hazırda robotlaşdırılmış kuryerlərlə yeməyin çatdırılması üzrə "Starship" servisi Corc Meyson və Şimali Arizona universitetlərinin kampusunda da fəaliyyət göstərir. Servisin, həmçinin bu ay Pittsburq Universitetində istifadəyə verilməsi planlaşdırılır.
ABŞ-ın “Apple” korporasiyası Britaniyanın “Spectral Edge” startapını satın alıb. Startap tərəfindən hazırlanmış texnologiya ABŞ şirkətinin smartfonları ilə çəkilən şəkillərin keyfiyyətini yüksəltməyə imkan verəcək.
Kibertəhlükəsizlik sahəsində işləyən mütəxəssislər 2020-ci ildə istifadəçiləri kiberməkanda gözləyən təhdidlərin əsas kateqoriyalarını açıqlayıblar. Bu haqda “Avast” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Yaponiyanın “Panasonic” şirkəti tərəfindən “KOSE” kosmetika mağazasında quraşdırılmış "ağıllı" güzgü ziyarətçilərə dəriyə qulluq üzrə fərdiləşdirilmiş tövsiyələr verir. Güzgünün daxilinə insanın üzünü skan edən, nəticə və tövsiyələri güzgünün səthinə çıxaran sensorlar quraşdırılıb.
“Microsoft” korporasiyası 14 yanvar 2020-ci il tarixində “Windows 7” əməliyyat sisteminin idarəetməsi ilə işləyən fərdi kompüterlər üçün təhlükəsizlik yeniləmələrinin göndərilməsini, eləcə də “Windows 7” sisteminə quraşdırılan pulsuz “Security Essentials” (MSE) antivirusunun dəstəklənməsini dayandıracaq.