Cinayətdə şübhəli bilinən 21 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 21 nəfər saxlanıldı
10 Sent 2019 12:28

Sentyabrın 9-dan 10-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən Realpress.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 18 cinayətin üstü "isti izlər"lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.


31 May 2020
Kriminal

DİN: Ruslan Əmirov polisə tabe olmadığına görə həbs edilib

Daxili İşlər Nazirliyi (DİN) AXCP fəalı Ruslan Əmirovun həbsi ilə bağlı məlumat yayıb.

28 May 2020
Kriminal

Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı

Gəncə şəhər prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində mayın 26-da şəhər sakini Asim Yusubovu qəsdən öldürməkdə şübhəli bilinən tanışı, əvvəllər məhkum olunmuş, 1960-cı il təvəllüdlü İlham Məmmədov tutularaq istintaqa cəlb olunub.

27 May 2020
Kriminal

Prokurorluq “Jurnalistlər Binası” ilə bağlı araşdırmaya başlayıb

Jurnalistlər üçün nəzərdə tutulan mənzillərin ədalətsiz bölgüsü ilə bağlı Prezident İlham Əliyevə müraciət edən bir qrup media işçisi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb. 

16 May 2020
Kriminal

“The Times-Azerbaijan” şirkətinin direktoru həbs edildi

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin əməkdaşları dələduzluqda ittiham edilən “The Times-Azerbaijan” şirkətinin direktoru Ceyhun Hacıyevi saxlayıblar.

16 May 2020
Kriminal

DİN: Bərdədə polisə müqavimət göstərən 14 nəfər saxlanılıb

Bu gün Bərdə rayonunun Qaradırnaq kəndinin bir qrup sakini heyvanlarını otarmaq üçün onlara örüş sahəsinin ayrılması tələbi ilə toplaşıblar.