Azərbaycanda rəqəmsallaşma prosesinin hüquqi təminatı hazırlanır

Azərbaycanda rəqəmsallaşma prosesinin hüquqi təminatı hazırlanır
10 Sent 2019 09:00


Bakıda “Hüquq və rəqəmsallaşma” mövzusunda seminar keçirilib.

realpress.az xəbər verir ki, tədbir ölkədə rəqəmli iqtisadiyyatın formalaşdırılması və yüksək texnologiyaların tətbiqinə həsr edilib.

Seminarda iştirak üçün Bakıya Martin Lüter adına Halle-Vittenberq Universitetinin və Tallin Texniki Universitetinin mütəxəssisləri gəliblər. Burada onlara ADA Universitetinin professor və tələbə heyəti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri qatılıblar.

ADA Universitetində keçirilən “Hüquq və rəqəmsallaşma” (Law and Digitalization) mövzusunda dəirmi masada qonaqlarla yanaşı dövlət və elm sahəsində çalışan hüquqşünaslar da toplanıb. Dialoq əsasında Azərbaycanda rəqəmsallaşdırma prosesinin intensivləşməsi, elm və təcrübəni bir-birinə yaxınlaşdıraraq dəyər qazandıracaq platforma yaratmağa cəhd edilib.

Ölkəmizdə bu proseslərlə yaxından məşğul olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov bildirib ki, bu gün rəqəmsallaşma həyatımızın bütün sahələrini əhatə edir.

“Ölkəmizdə rəqəmli iqtisadiyyatın formalaşdırılması, rəqəmli hökumətin qurulması, informasiya cəmiyyətinin inkişafı istiqamətində işlər aparılır. Biz innovasiyaların və yüksək texnologiyaların tətbiqi ilə ölkə iqtisadiyyatının diversifikasiyasını sürətləndirə bilərik. Məhz buna görə də bu, cənab Prezidentin hökumət qarşısında qoyduğu vacib tapşırıq və dövlət siyasətinin əsas prioritetlərindən biridir”, - deyə, mütəxəssis qeyd edib.  

Tədbirə qatılan xarici qonaqlar informasiya hüququ, süni intellekt, kibertəhlükəsizliyin əhəmiyyəti haqqında Avropa təcrübəsi ilə bölüşüblər.

Seminar çərçivəsində Azərbaycanda “Rəqəmsal Hüquq Laboratoriyası”nın (Digital Law Lab) yaradılması istiqamətində fikir mübadiləsi aparılıb.

Yerli və xarici ekspertlərin dialoqu Qəbələ-Şəki bölgəsində “yay məktəbi” formatında davam etdirilib.


17 Sent 2019
İqtisadiyyat

Azərbaycanda 1496 ədəd yeni minik avtomobili istehsal olunub

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 204,2 milyon manatlıq məhsul istehsal edilib.

17 Sent 2019
İqtisadiyyat

Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı: "Çörək pulu" adı ilə bu variantlara əl atırlar"

"Sumqayıtdan Bakıya və Bakıətrafı digər ərazilərdən şəhərin müxtəlif metrostansiyalarına hər sərnişinə görə bir manat müqabilində (toplam dörd sərnişin) qeyri-qanuni yolla sərnişin daşıyan taksilərin sayı artmaqdadır".

17 Sent 2019
İqtisadiyyat

Bu günə olan VALYUTA MƏZƏNNƏLƏRİ

Azərbaycan Mərkəzi Bankı 17 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

16 Sent 2019
İqtisadiyyat

Arterial təzyiqin düzgün ölçülmə QAYDASI

Arterial təzyiqi ölçən tonometr aparatı hipertoniyanın aşkar edilməsinə kömək edir. Həmin aparatdan düzgün istifadə etməyin qaydası var.