Bakıda polo üzrə Dünya Kuboku başlayır

Bakıda polo üzrə Dünya Kuboku başlayır
09 Sent 2019 15:50


Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə 13-15 sentyabr tarixlərində VII Arena Polo üzrə Dünya Kuboku keçiriləcək.

Realpress.az xəbər verir ki, hər il olduğu kimi, bu il də ölkəmizin də yer aldığı turnirdə dünyanın dörd müxtəlif ölkəsini təmsil edən komandalar iştirak edəcək.

Bunlar Azərbaycanla yanaşı, Rusiya, Almaniya və İsveçrənin yerli klub komandalarıdır. Hər komanda üç oyunçu ilə təmsil olunacaq. Oyunlar "Elite Horse and Polo Club"da yerləşən meydançada hər gün saat 15:00-da baş tutacaq.

Püşkatmanın nəticələrinə əsasən ilk oyun Azərbaycanı təmsil edəcək olan "Elite Horse & Polo Club Baku" və İsveçrəni təmsil edəcək "Evviva Polo Club St. Moritz" arasında oynanılacaq. Günün ikinci oyunu Almaniyanı təmsil edəcək olan “Los Nocheros Polo Club Münster” və Rusiyanı təmsil edəcək olan "Planernaya Polo Club Moscow" komandaları arasında olacaq.

Turnirin ikinci günü, yəni sentyabrın 14-də günün açılış oyunu İsveçrə təmsilçisi "Evviva Polo Club St. Moritz" və Almaniya təmsilçisi "Los Nocheros Polo Club Münster" arasında baş tutacaq. İkinci oyun isə təmsilçimiz "Elite Horse & Polo Club Baku" və "Planernaya Polo Club Moscow" komandaları arasında keçiriləcək.

Final günü, 15 sentyabrda üçüncülük uğrunda mübarizə saat 15:00-da başlayacaq. Final görüşü isə 16:15-də iki ən güclü komanda arasında baş tutacaq. Turnirin qalibi bu görüş nəticəsində bəlli olacaq.

Onu da nəzərinizə çatdıraq ki, 2020-ci ildə 10-20 sentyabr tarixlərində baş tutacaq səkkiz komandanın iştirakı ilə gözlənilən polo üzrə Avropa çempionatına Azərbaycan ev sahibliyi edəcək.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi - VİDEO

Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

22 Apr 2024
İdman

Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub - FOTO

Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.