600 min GPS cihazı təhlükə qarşısındadır

600 min GPS cihazı təhlükə qarşısındadır
09 Sent 2019 15:40

Çinin “Shenzhen i365 Tech” adlı böyük şirkəti tərəfindən istehsal edilmiş ən azı 600 min GPS cihazında "123456" parolundan istifadə edilib. Bu haqda “Avast” antivirus həllərinin istehsalçısı məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin sözlərinə görə, hakerlər başlanğıc ayar kimi müəyyənləşdirilmiş paroldan istifadəçilərin hesablarına müdaxilədə istifadə edə bilərlər. Bundan başqa, hakerlər istifadəçinin olduğu yeri saxtalaşdıra və ya dinləmək üçün mikrofona müdaxilə edə bilərlər.

 

Həmçinin hakerlər qurğunu əvvəlcədən nəzərdə tutulmayan əmrləri yerinə yetirməyə məcbur edə bilərlər, məsələn: GPS cihazın mikrofonunu dinləmək üçün telefon nömrəsi ilə zəng vurmaq, qurğunun telefon nömrəsini müəyyənləşdirmək üçün SMS mesaj göndərmək və sonra SMS-dən hücumda istifadə etmək.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.