Dinini dəyişən irlandiyalı rokçu hicabla görüntüləndi - FOTO

Dinini dəyişən irlandiyalı rokçu hicabla görüntüləndi - FOTO
08 Sent 2019 22:22


Şineyd O`Konnor uzun müddət fasilədən sonra ilk dəfə ictimaiyyət qarşısına başı bağlı formada, hicabla çıxıb.

realpress.az xəbər verir ki, irlandiyalı müğənni həm "Late Late Show"da çıxış edib, həm də jurnalistlərin suallarını cavablandırıb.

52 yaşlı rok ulduzu televiziya kameralarının önünə qırmızı rəngdə ənənəvi müsəlman paltarında çıxıb.

Şineyd bir il əvvəl inancını dəyişib. 2017-ci ildə "Facebook"da Konnor bipolyar pozğunluqdan əziyyət çəkdiyini etiraf edən bir video yayımlayıb, yaxınlarının onun yanına gəlməsini istəmişdi.

Bir neçə aydan sonra müğənni adını dəyişib Maqda Davitt qoydu. Ad dəyişimindən sonra ona yenə də Şineyd kimi müraciət edənlərə isə "savadsız axmaqlar" demişdi.

Sonra sənətçi müsəlman olduğunu yazıb, özünə Şuhada adlandırmışdı.



8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.