ABŞ-ın Nyu-Cersi ştatında gerpetoloqlar (sürünənlər sinfini tədqiq edən alimlər - red.) ikibaşlı ilan tapıblar.
Bu barədə ABC məlumat yayıb.
Qeyd edilir ki, iki başı, iki dili, dörd gözü olan 20 sm-lik ilanı meşədə Deyv Şnayder və onun həmkarı tapıb.
Şnayderin sözlərinə əsasən, vəhşi şəraitdə bu ilan uzun müddət yaşaya bilməz. O, ləng tərpənir və buna görə də yırtıcılar üçün asan ova çevrilə bilər. Bununla əlaqədar olaraq, alimlər ilanı işə aparıblar və onu qida ilə təmin ediblər.
Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.
Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.
Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.