Feysbuk sosial şəbəkəsi "Dating" adlı yeni tanışlıq xidməti istifadəyə verib.
Realpress.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı press-relizdə bildirilib.
Xidmət hələ ABŞ, bir sıra Latın Amerika ölkələri və Cənub-Şərqi Asiyada aktivdir.
"Facebook Dating"də 18 yaşı tamam olmuş hər bir istifadəçi hesab aça bilər. Yeni xidmətdə İnstaqramdakı paylaşımları da bölüşmək mümkün olacaq.
Tanışlıq xidməti tezliklə Argentina, Braziliya, Kolumbiya, Meksika, Sinqapur, Tailand və Vyetnamda aktivləşəcək. Avropa sakinləri isə ondan yalnız 2020-ci ildə yararlana biləcək.
Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.
Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.
Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.