Tağıyevin heykəlini hazırlayacaq heykəltəraş danışdı - Detalları açıqladı

Tağıyevin heykəlini hazırlayacaq heykəltəraş danışdı - Detalları açıqladı
06 Sent 2019 16:47


Hacı Zeynalabdin Tağıyevin "İçərişəhər" metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılacaq heykəli üç metr hündürlüyündə olacaq.

Realpress.az bildirir ki, bunu  açıqlamasında heykəlin lahiyə rəhbəri, Xalq rəssamı Xanlar Əhmədov deyib.

Onun sözlərinə görə, heykəl tunc, qırmızı və qara qranitdən hazırlanacaq:

"Tağıyevin üç variantda olan heykəlini hazırlamışdım. Amma bütün heyət ayaqüstə olan heykəli seçib. Mən bu qərarla razıyam. Çünki heykəlin ucaldılacağı yer dar olduğu üçün ayaqüstü variant daha uyğundur.

Heykəlin qoyulmasına nə vaxtan başlanılması isə hələ dəqiq deyil. Hələlik sifarişlə bağlı heç kəslə görüşməmişəm. Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu ilə görüşdükdən sonra hər şey dəqiq bilinəcək. Ancaq heykəl təxminən üç metr hündürlüyündə, bir hissəli olacaq.

Ayaqüstü olacaq heykəlin tuncdan hazırlanması nəzərdə tutulur. Eyni zamanda, heykəlin aşağı hissəsini qara və qırmızı qranitdən hazırlamağı seçmişik. Yenə də görüşdən sonra bütün məsələlər aydınlaşacaq".

Qeyd edək ki, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsinə təqdim olunan 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib olub.


9 Sent 2020
Mədəniyyət

“Oskar” mükafatını qazanmaq üçün yeni kriteriyalar açıqlandı

Amerika Film Akademiyası “Ən Yaxşı Film” nominasiyasında “Oskar” mükafatını almaq üçün kriteriyaların siyahısını təqdim edib.

3 Avq 2020
Mədəniyyət

Arif Məlikovun əsəri ABŞ-dakı festivalda səsləndi

Bu günlərdə Los-Ancelesdə keçirilən Yay onlayn-festivalının proqramında Azərbaycan violonçel ifaçısı Ruslan Biryukov və pianoçu Frank Fettanın ifasında L.Bethoven, F.Şopen, N.Paqanini, C.Gerşvin, S.Raxmaninov və digər bəstəkarların əsərləri ilə yanaşı Azərbaycanın görkəmli bəstəkarı Arif Məlikovun dünya şöhrətli “Məhəbbət əfsanəsi” baletindən “Noktürn” əsəri səslənib.

22 İyul 2020
Mədəniyyət

Anar Kərimov kollektivə təqdim edildi

Prezident İlham Əliyevin iyulun 20-də imzaladığı sərəncama əsasən, Anar Qabil oğlu Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edilib.