Millimizin heyəti açıqlandı: Toğrul Əsgərov dünya çempionatına getmir

Millimizin heyəti açıqlandı: Toğrul Əsgərov dünya çempionatına getmir
06 Sent 2019 14:04

Sentyabrın 14-dən 22-ə kimi Qazaxıstanın Nur-Sultan şəhərində güləş üzrə dünya çempionatı keçiriləcək. 

Realpress.az sportinfo.az-a istinadən xəbər verir ki, bu gün Olimpiya Güləş Mərkəzində milli komandalarımızın açıq məşqi olub. Məşqdən sonra Azərbaycan Güləş Federasiyasının prezidenti vəzifəsini icra edən Namiq Əliyev heyəti açıqlayıb.  

Yunan-roma güləşi üzrə milli komanda: Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (60 kq), Elman Muxtarov (63 kq), Rəsul Çunayev (67 kq), Sənan Süleymanov (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Beka Kandelaki (130 kq). 

Qadın güləşi üzrə milli komanda: Mariya Stadnik (50 kq), Türkan Nəsirova (53 kq), Alena Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Sabirə Əliyeva (76 kq). 

Sərbəst güləş üzrə milli komanda: Mahir Əmiraslanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq),  Aleksandr Qostiyev (86 kq), Şamil Zubayrov (92 kq), Şərif Şərifov (97 kq), Cəmaləddin Məhəmmədov (125 kq). 

Qeyd edək ki, 1-6-cı yeri tutan güləşçilər 2020-ci ildə keçiriləcək Tokio Olimpiadasına lisenziya qazanacaqlar.     


23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi - VİDEO

Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

22 Apr 2024
İdman

Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub - FOTO

Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.