Kesar əməliyyatı yoxsa təbii doğuş? - VİDEO

Kesar əməliyyatı yoxsa təbii doğuş? - VİDEO
05 Sent 2019 15:18

Saglamolun.az saytıının Sağlam saat video-rubrikasının növbəti qonağı Tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitetinin mamalıq-ginekologiya kafedrasının müəllimi, həkim, mama-ginekoloq Ellada Sarıyevadır.

Videonun mövzusu Kesar əməliyyatıdır. Bu videoda hər bir qadın onu narahat edən və çaşdıran suallara dolğun cavablar tapa biləcək:

- Kesar əməliyyatı nə zaman tətbiq olunur?

- Kesar əməliyyatı və təbii doğuş - hansı daha yaxşıdır və hansı səbəblərə görə?

- Kesar zamanı narkozun ana və körpəyə təsiri

- Kesar əməliyyatından sonra təbii doğuş mümkündürmü?

- Bir qadına neçə kesar əməliyyatı tətbiq oluna bilər?

- Kesar əməliyyatının fəsadları hansılardır?

Bu və digər vacib suallara cavab almaq üçün videomuzu izləyin.



8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.