"Porsche" yeni elektromobilini təqdim etdi - FOTO

"Porsche" yeni elektromobilini təqdim etdi - FOTO
05 Sent 2019 09:04


Alman avtomobil brendi "Porsche" yeni modelini təqdim edib.

TASS xəbər verir ki, eyni zamanda dünyanın üç ölkəsində keçirilən təqdimat ABŞ, Almaniya və Çində baş tutub.

"Taycan" adlanan yeni model elektromobildir və tamamilə elektrik enerjisinin gücü ilə işləyir.

Ekoloji təmiz olduğu üçün şirkət təqdimatlarda bu nüansa diqqət çəkmək məqsədilə mərasimləri ABŞ-da Niaqara şəlaləsi yaxınlığında, Çində külək enerji stansiyası ətrafında, Almaniyada isə günəş enerji stansiyası yaxınlığında keçirib.

"Porsche"nin digər elektromobillərdən fərqi lüks olması və yüksəksürətli batareya doldurulması olacaq. Modelin qiyməti isə komplektasiyaya görə dəyişərək, 100 minlə 189 min avro arasında olacaq.



20 Sent 2019
Maraqlı

27 dəqiqə ölən qadın o dünya haqqında danışdı

Qadın 27 dəqiqə öldü və ayılandan sonra nə baş verdiyi haqqında danışdı.

20 Sent 2019
Maraqlı

Mobil telefonlar beyin xərçəngini yaradırmı?

Son zamanlar bütün dünyada beyin xərçəngi artmaqdadır. Bəzi mütəxəssislər bunu qəcetlərdən uzun müddət ərzində istifadə etməsi ilə əlaqələndirir.

20 Sent 2019
Maraqlı

Ateist alim o dünyanın olduğunu təsdiqlədi — MARAQLI SƏBƏB

Rusiyalı məşhur ateist fizik Vladimir Efremov o biri dünyanın olduğunu təsdiqləyib.

19 Sent 2019
Maraqlı

Misirdə su pərisi skeleti tapıldı

Havay çimərliyində su pərisi skeleti tapıldı.