Xətai təxəllüslü ilk şair kim olub? - TARİXİ FAKT

Xətai təxəllüslü ilk şair kim olub? - TARİXİ FAKT
05 Sent 2019 08:47


İsmayıl Səfəvi 12 yaşında olarkən Səfəvi əmirlərinin və digər türk tayfalarının dəstəyi ilə öz əcdadlarının başladığı mübarizə yoluna qədəm qoydu.

Onun tərəfdarlarının çıxışı 1499-cu ildə baş verdi. Ağqoyunlu və Şirvanşah qoşunları ilə müzəffər döyüşdən sonra, 1501-ci ildə İsmayıl Səfəvi Təbrizə daxil oldu, özünü Azərbaycanın hökmdarı elan etdi.

Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlət – Səfəvilər dövləti və ya Qızılbaşlar dövləti yaradıldı.

Bundan sonra Şah İsmayılın nəhəng imperiya yaratmağa yönəlmiş aktiv siyasi, hərbi və ideoloji fəaliyyəti başlanır. Bu fəaliyyət cəsarətli işlərlə, çoxsaylı risklər, qurbanlar, məğlubiyyətlər və qələbələrlə müşayiət olunurdu.

Şah İsmayılın yüksək hərbi istedadı haqqında K.Marks yazmışdı: "Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmişdi".

Şah az yaşamasına, vaxtının çoxunu dövlət işlərinə sərf etməsinə baxmayaraq, zəngin və çoxcəhətli bir irs yaradıb. O, həm əruz, həm də heca vəznində, həm epik, həm də lirik janrlarda qələmini işlədib, yaddaqalan, nümunə, örnək ola bilən əsərləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirib.

Onun səmimi, ürəkdən qopub gələn, zamanın qarşıya qoyduğu tələblərə cavab kimi meydana çıxan poeziyası çox vaxt siyasi-ictimai fəaliyyəti ilə birləşdirib. Bu poeziya gah qılıncla bərabər döyüş meydanlarına gedib, gah müdrik el ağsaqqallarının, təriqət şeyxinin öyüdlərinə çevrilib, gah da dünyaya və insana məhəbbətlə dolu bir qəlbin tərcümanı olub.

Bu poeziya qəhrəmanlığa, gözəlliyə, mənəvi saflığa məhəbbətlə, şərə, eybəcərliyə, əqidəsizliyə, dönüklüyə, sədaqətsizliyə, cılızlığa nifrətlə doludur.

Şah İsmayıl bədii əsərlərini "Xətai" təxəllüsü ilə yazıb. Bəs görəsən Şah İsmayıla qədər Xətai təxəllüsü ilə əsərlər yaradan yazıçı olubmu?

Bu sualın cavabını realpress.az-a tarixçi-alim Əkbər Nəcəf verib.

Məlum olduğu kimi Şah İsmayılın ədəbi təxəllüsü "Xətai"dir. Halbuki, bu təxəllüs ondan əvvəl işlədilib. Belə ki, Ağqoyunlular dövlətinin sarayında yaşamış, hətta 4500 beytlik "Yusif ilə Züleyxa" poemasını qələmə alan şairin adı belə idi: Xətai Təbrizi, yəni Təbrizli Xətai.

Bu əsər Ağqoyunlu hökmdarı Sultan Yaquba ithaf edilib. Təəssüflər olsun ki, bu şair haqqında yetərincə məlumat yoxdur. Əsərin bir nüsxəsi məşhur alim Məhəmməd Əli Tərbiyətin şəxsi arxivində yer alırdı. Elə əsər və müəllifi haqqında da yeganə məlumat onun "Danişməndani-Azərbaycan" adlı əsərində qeyd edilib".

28 May 2020
Maraqlı

Qısa müddətdə milyonlarla baxış toplayan heyrətamiz görüntü - VİDEO

Sosial şəbəkələrdə “uçan xalça” ilə bağlı video virus kimi yayılaraq, qısa müddətdə səkkiz milyondan artıq baxış toplayıb.

27 May 2020
Maraqlı

Koronavirusa yoluxduqdan sonra tanınmaz hala düşdü - FOTO

Koronavirusa yoluxan London sakini iki həftə komada qaldıqdan sonra tanınmaz hala düşüb.

21 May 2020
Maraqlı

Üç nəfəri yaralayan silahlı şəxs hücumun görüntülərini özü paylaşdı - VİDEO

ABŞ-ın Arizona ştatında silahlı hücum nəticəsində üç nəfər yaralanıb.

18 May 2020
Maraqlı

Ac başda ağıl olmaz!

Biz ac olan zaman beynimiz təhlükəli rejimdə işləyir. Mürəkkəb məsələlərin və işlərin həllini tapmaq beyin üçün çətin olur. Beynin əsas yanacağı, diğər əzalarımızdan fərqli olaraq, yalnız qlükozadır. Bədənimizdə qlükoza ehtiyatı istifadə etdiyimiz yeməklərlə yaranır.

18 May 2020
Maraqlı

Uşaqlardan öyrənə biləcəyimiz doqquz şey

Övladlarımızın uşaqlıqlarını verdikləri sualları cavablayaraq və sosial bacarıqlardan riyaziyyata, doğrudan yanlışa qədər onlara hər şeyi öyrətməyə çalışaraq keçiririk.